Microsoftun yeni cihazı 3D şəkillərin idarəsini asanlaşdıracaq - FOTO

Microsoftun yeni cihazı 3D şəkillərin idarəsini asanlaşdıracaq - FOTO
17:17 10 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Microsoftun reallaşdırdığı tədbirdə diqqətləri öz üzərinə çəkməyi bacaran məhsullardan biri də Surface Dial oldu. Yastı bir silindr şəklindəki dizaynıyla cihazda, alüminium gövdə, inkişaf etdirilmiş idarə etmə sistemi və vibrasiyalı bildirişlər edə bilən sistem yerləşdirilib.

99 dollarlıq bu kiçik "touchpad", sensorlu ekran üzərində, sanki, bir müasir palitra vəzifəsini yerinə yetirir. Birbaşa olaraq ekran üzərində istifadə edə biləcəyiniz Surface Dial, hər gün reallaşdırdığınız vəzifələri tək toxunuşla, ya da döndərərək reallaşdırır. Eyni zamanda cihaz, 3D şəkillərin idarəsini də asanlaşdıra bilir. Word, Excel, PowerPoint və OneNote kimi Microsoftun da bir çox tətbiqinə dəstək verən Dial, Surface Studio, Surface Book və Surface Pro 4 ilə işləyə bilir. Tətbiqlərə görə, xüsusiyyətlərini özəlləşdirə biləcəyiniz cihaz 2 ədəd AAA batareyası ilə çalışır.

Bu barədə daha ətraflı bilmək və eyni zamanda, həftə ərzində texnologiya dünyasında baş verən yeniliklər haqda xəbərdar olmaq istəyirsinizsə, o zaman mütləq "Texno Park"ı izləyin. 

"Texno Park" bazar günü saat 18:00, təkrarı isə çərşənbə axşamı, saat 21:00-da Zaur Əliyevin təqdimatında, Lider kanalında!

Kanalların lideri olan Lider kanalını peyk vasitəsilə aşağıdakı parametrlərdən istifadə etməklə izləyə bilərsiniz:

Azerspace 1 46° E. Tezlik-11135, Polyarizasiya-H, Axın sürəti-27500, FEC 5/6

https://www.youtube.com/user/TexnoPark

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/488205.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR