Federasiya rəsmisi: “Bu il "Qızıl Qran Pri"də 700-ə qədər güləşçi iştirak edəcək”

Federasiya rəsmisi: “Bu il "Qızıl Qran Pri"də 700-ə qədər güləşçi iştirak edəcək”
17:22 10 Noyabr 2016
99 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT.AZ/ “Bu il keçiriləcək ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə beynəlxalq "Qızıl Qran Pri" beynəlxalq turnirində 700-dən artıq idmançı iştirak edəcək”.
Bunu “Report”a açıqlamasında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, vergilər nazirinin müavini Namiq Əliyev deyib.
N.Əliyevin sözlərinə görə, bu il yarışda iştirak edəcək idmançıların sayı ötən illərə nisbətən iki dəfəyə qədər çoxdur: “Ötən illərdə bu yarışlarda 300-400 idmançı iştirak edirdi. Bu il isə 50-yə yaxın ölkədən 700 idmançı yarışlarda iştirakını təsdiq edib”.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/federasiya-resmisi-bu-il-qizil-qran-pri-de-700-e-qeder-gulesci-istirak-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR