Səfir: "Vyana və Sankt-Peterburq razılaşmaları tam icra olunmalıdır"

Səfir: "Vyana və Sankt-Peterburq razılaşmaları tam icra olunmalıdır"
17:32 10 Noyabr 2016
64 Dünya
Ölkə mətbuatı
A- A+

Dağlıq Qarabağ münaqişəsi zonasında aprel hadisələri ATƏT-in Minsk qrupu üçlüyünün vasitəçiliyinin vacibliyini göstərdi.

Milli.Az APA-ya istinadən bildirir ki, bu sözləri Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç təşkilatın Daimi Şurasında çıxışı zamanı deyib.

"Azərbaycan və Ermənistan prezidentlərinin Vyana və Sankt-Peterburq görüşündə əldə edilən razılaşmaların tam icra olunmasına çağırırıq. Fransa və ABŞ-la birlikdə Dağlıq Qarabağ münaqişəsinin həllində konsensusun əldə olunması istiqamətində kömək etməyə davam edəcəyik", - deyə o, bildirib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488215.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR