“Kainat gözəli”ndən Trampla bağlı ŞOK İDDİA

“Kainat gözəli”ndən Trampla bağlı ŞOK İDDİA
17:33 10 Noyabr 2016
201 Dünya
Ölkə mətbuatı
A- A+

2002-ci ildə "Kainat gözəli" seçilən rus polis mayoru Oksana Fedorova şok bir iddia ilə çıxış edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Oksana Fedorova ABŞ-da seçki kampaniyası zamanı beynəlxalq mətbuatın ondan Donald Trampın etibarına zərər vura biləcək böhtanlarla çıxış etməsini istədiyini söyləyib.

“Seçki kampaniyası zamanı müxtəlif beynəlxalq mətbuat qurumları bir neçə dəfə mənimlə ünsiyyət yaratdı. Məndən Trampa böhtan atmağı istədilər. Amma onunla çalışdığım müddətdə məndə yalnız müsbət təəssürat yaratmışdı. Trampı açıq fikirli və möcüzəvi bir ailəsi olan kişi kimi tanıdım”, - o, deyib.

Qeyd edək ki, 1996-cı ildə "Kainat gözəli" seçilən Alisia Maçado ötən aylarda Trampa qarşı ittihamlarla çıxış etmiş və bu mövzu seçki kampaniyası zamanı gündəmi tutmuşdu.

Ömər Dağlı


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR