“Ölüm maşını” açıq satışda – ŞOK DİALOQ

“Ölüm maşını” açıq satışda – ŞOK DİALOQ
17:53 10 Noyabr 2016
669 Dünya
Ölkə mətbuatı
A- A+

Son günlər internetdə “ölüm maşını” adlanan tüfənglərin qeyri-leqal satışı sürətlənib.

Publika.az
xəbər verir ki, Türkiyədə bu tüfənglərin qiyməti 300 lirədir və açıq şəkildə satılır.

İnternetdə alıcı və satıcı arasındakı alver də maraqlıdır.

Alıcı:

- Tüfəng almaq istəyirəm, amma sənədim yoxdur.

Satıcı:

- Nə sənəd? Sən adresi göndər, biz sənə göndərəcəyik silahı. 300 lirəni də qapıda verərsən.

Alıcı:

- Yaxşı polis tutsa, nə edəcəm?

Satıcı:

- Kimisə vurmasan, bir şey olmaz. 40-50 lirə cərimə ödəyib gedərsən. Lakin tüfəngi əlindən alacaqlar. Onda biz sənə yenisini göndərərik. Biz bu tüfəngləri təkcə Antalyada yox, bütün Türkiyədə satırıq.

Bu, internetdə yayılan dialoqlardan biridir.

Məlumatlara görə, bir müddət öncə Ramazan Kabaağaç adlı şəxs 350 lirəyə internetdən sifariş verdiyi silahla bazarda meyvə satan Ahmet Kahya və onun həyat yoldaşı Münire Kahyanı güllələmişdi. Nəticədə, Ahmet Kahya həyatını itirmişdi.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR