Ağalarovun obyektini partlatmaq istəyən tutuldu

Ağalarovun obyektini partlatmaq istəyən tutuldu
17:57 10 Noyabr 2016
156 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus olan "Krokus Ekspo" mərkəzinə partlayıcı maddəni qoymaqda şübhəli bilinən şəxs saxlanılıb.

Milli.Az azvision.az -a istinadən bildirir ki, 30 yaşlı adı açıqlanmayan şəxs "Krokus Ekspo" mərkəzinə partlayıcı maddəni qoyduğunu etiraf edib. 

Polisdən bildirilib ki, saxlanılan şəxs, sadəcə, icraçıdır: "İşsiz olduğu üçün partlayıcı maddəni mükafat qarşılığında mərkəzə qoyub".

Qeyd edək ki, azərbaycanlı iş adamı Araz Ağalarov "Krokus Ekspo" mərkəzində partlayış təhlükəsindən sonra xüsusi xidmət orqanlarına və müstəntiqlərə onun ünvanına təhdidlər barədə zənglərin daxil olduğunu, şantaj edildiyini deyib.

Araz Ağalarov bildirib ki, sərgi mərkəzində bomba aşkar edilənə qədər ona 2 milyon dollar məbləğində borcu qaytarmaq tələbi ilə müntəzəm zənglər gəlib. 

İstintaq müəyyənləşdirib ki, şantajçılar iş adamını hədələyib, ondan pul almaq istəyib. Təhlükəli zənglər mesencer və müxtəlif kanallarla daxil olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR