Gəncə ziyalıları Abbas Abbasovun oğluna cavab verib

Gəncə ziyalıları Abbas Abbasovun oğluna cavab verib
18:02 10 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycanın çörəyini yeyib sonradan bu dövlətə qarşı işləyən insanların yenidən xalqımızın həssas yanaşdığı məsələlərə münasibət bildirməklə gündəmə gəlmək istəmələri bizə məlum olmayan yeni məkrli planların başlanğıcı ola bilər.
"Report"un məlumatına görə, bu barədə Gəncə şəhərinin bir qrup ziyalısının Gürcüstanın Gelati monastrında saxlanılan Gəncə qapısı ilə bağlı mətbuatda gedən yazılarla bağlı yaydığı açıqlamada qeyd olunub. 
"Qədim və zəngin tarixə malik olan Gəncə şəhəri uzun əsrlər boyu dağıdıcı təbii fəlakətlər və yadelli işğalçıların basqınları nəticəsində ən azı 5 dəfə yerini dəyişib. Həmin dövrdə yüzdən artıq məhəllənin olduğu Gəncə şəhərində hər bir məhəllənin özünəməxsus qapıları mövcud olub. 1139-cu ildə 9 bal gücündə baş vermiş dəhşətli zəlzələdən sonra 300 mindən artıq insanın həlak olduğu şəhərdən gürcü çarı I Demetre tərəfindən kiçik məhəllə qapılarından bir cütü Gürcüstanın Gelati monastırına aparılıb. Bu qapının üzərində ərəbcə yazılan məlumata görə, o, Şəddadi hökmdarı əl-Fəzlinin Əbül Əfşar Şavurun zamanında (1048-1066) onun tapşırığı ilə dəmirçi İbrahim Osmanoğlu tərəfindən 1063-cü ildə hazırlanıb. Təəssüflər olsun ki, keçmiş deputat Aydın Abbasov uzun illər səlahiyyət sahibi olmasına baxmayaraq, Gəncə şəhərinin milli mənəvi dəyərlərinin qorunmasında heç bir xidməti olmadığı halda bu gün niyəsə Gürcüstan Respublikasının Gelati monastırında saxlanılan məşhur Gəncə məhəllə qapısının geri alınması üçün “canfəşanlıq” edir", - deyə açıqlamada bildirilir.
Açıqlamada vurğulanır ki, genində düşmən qanı olan birisinin milli mənəvi dəyərlərdən ürək yanğısı ilə danışması absurddur: "Yaxşı olar ki, Aydın Abbasov iki qonşu və qardaş respublikanın münasibətlərinin korlanmasına çalışmaqdansa, öz erməni nənəsinin qohumları ilə birlikdə biznesləri ilə məşğul olsun və millətimizin hissləri ilə oynamasın”.

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/gence-ziyalilari-abbas-abbasovun-ogluna-cavab-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR