"Messan qadlnlar"

23:19 5 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Sevda Sultanin metni

Facebookda - Ce Gevaranin resminin fonunda sanki hansisa firmanin mehsulunu reklam edirmis kimi poz veren genc qizin profiline rastladim.

 

Beraberlik, sosial edalet, insan istismarina, kapitalizme qarsi mubarize aparan Ce Gevara ile moda industriyasinin tebligi ruhunda numayiskarane poz veren genc qiz arasinda elaqe tapmaga calisiram.

 

En asan, mentiqli cavabin uzerine dayaniram: qadin tebietce burjuadir.

 

Meselen, biz Ce Gevaranin tesviri olan boyunbagi taxiriq ve ya koynek geyirik, ancaq bu zaman onun sexsiyyeti, mubarizesinin motivleri bizi maraqlandirmir. Cunki onun adi her seyden evvel bizim ucun populyar markadir, brenddir. Gevara fondur ve biz bu fonda mumkun qeder ozumuzu qabartmaga calisiriq. Ve bu halda kapitalizm dunyasinin algi-satqi obyektine cevirdiyi Ce Gevaranin sexsiyyeti ikinci plana kecir.

 

Sosial sebekelerde qadinlarin paylasdigi fotolarda messanliq intonasiyasi gucludur. Fotolarda qadin hamidan yaxsi, ferqli, cekici gorunmek iddiasindadir. Qiyafetlerini, aksessuarlarini, ayaqqabilarini ve bunlarin marka oldugunu xususi vurgulamaq isteyir. Aldiqlari geyimleri sosial sebekede paylasmaq da mehz qadinlara mexsusdur.

 

Tanis bir qadin var. Yeni aldigi donu geyinen gun etiraz aksiyasina cagirilmisdi. Cox dusunub dasindiqdan sonra getmekden vaz kecdi. Dusundu ki, birden orda nese bas verer, qarisiqliq yaranar, arada donun cirilar, ya leke duser.

 

Kecen il idi deyesen. Qan Turali, Seyfeddin Huseynli, Qismetle eyni meclisdeydik. Onlar hansisa edebi eseri muzakire edirdiler. Arada uzume baxib danisir, fikirlerinin tesdiqini tapmaga calisirdilar. Men de ozumu guya onlari dinleyiremmis kimi gosterirdim, yalandan basimi terpedirdim. Eslinde basqa sey dusunurdum. Beynimde suur axini firtinasi bas verirdi yene : “Ne darixdirici sohbetler edirler, intellektual-kitab kisiler bu sohbetlerle adamin omrunu curuderler. Goresen, ozume nece dodaq boyasi alim, birden magaza baglanar, mutleq bu gun almaliyam. Hele aptekden de gun kremi, kokos, saftali, itburnu yagi almaq lazimdir. Ay Allah, basim da agrimaga vaxt tapdi, geden kimi lavanda vannasinda dincelmek lazimdir, yoxsa vaxtindan evvel qocalaram”.

 

Qadin formaya, goruntuye onem verir. Onun ucun gozel gorunmek, markalardan geyinmek sosial statusdur. Ozunu tesdiqdir. Natamam eqosunu tumarlamaqdir.

 

Tesadufi deyil ki, reklam, moda ve gozellik senayesinin esas simasi, qehremani qadindir.

 

Amerika yazicisi, siyasi feal, qalmaqalli feministlerden biri Naomi Vulf “Gozellik haqda mif” eserinde muasir dunyada norma sayilan gozellik anlayisini yeni baxis bucagindan arasdirir. Vulfa gore kisi dunyasi qadini meqsedli sekilde gozelliyin esiri edir.

 

 

Movcud situasiyada kisi teklif ve manipulyasiya edendir. Qadin ise ona konullu teslim olan, etaletde yasamaq isteyendir. Qadin alternativ teklifler vermek istemir. Cunki messanligi mahiyyeti dikte edir.

 

Meqaleni yaza-yaza beynimin bir hissesinde tamam basqa seyler dolasir. Paralel olaraq dusunurdum ki, sabahki meclise hansi qiyafetle gedim, hava quru olsa ela olardi, burnu aciq tufli, yungul jaket, mavi-qirmizi gullu sarfimi geyerdim ve s.

 

Bir elim klaviaturada qeyri-ixtiyari conub sabah havanin nece olacagini sorusuram. Sebebini deyende, Mimehdi “Siz qadinlar busuz da. Ele ona gore de filosof cixmayib aranizdan. Yeqin Vircinya Vulf da roman yazanda toya ne geyineceyini dusunurmus”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR