78 yaşlı kişi əqli qüsurlu qardaşı qızını zorladı

78 yaşlı kişi əqli qüsurlu qardaşı qızını zorladı
18:05 10 Noyabr 2016
2628 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə daha bir təcavüz xəbəri ilə sarsılıb.

Milli.Az Milliyet-ə istinadən bildirir ki, Bolunun Səba Mahalı Kəsənözü kəndində 50 yaşlı qardaşı qızını zorlayan 78 yaşlı Rafet Ö., həbs olunub.

Rafet Ö. iddiaları rədd edərək məhkəmədə "Mənim 78 yaşım var. Mənim cinsi həyatım bitmiş vəziyyətdə. Belə bir şey etməyimə imkan yoxdur. Hadisə günü dırnaqlarını kəsdirmək üçün qardaşım qızı bizə gəlib. Sol tərəfi iflic olduğu üçün hərəkət edə bilmirdi. Mən də uzanmadığı üçün dırnaqlarını kəsmədim və çay içib getdi. Ona başqa bir təmasım olmadı" deyib.

Zorlandığı iddia edilən A.Ö.-nün alt paltarından götürülən bioloji nümunələrin Rafet Ö.-yə aid olduğu təyin edilərək, məhkəmə tərəfindən haqqında həbs qərarı çıxarılıb.

Təhməz Təkin
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR