Bəzi yerlərdə qaz olmayacaq

Bəzi yerlərdə qaz olmayacaq
18:37 10 Noyabr 2016
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabah "Qaz İxrac" İdarəsinin Qazax və Astara Magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Milli.Az xəbər verir ki, qafqazinfo-nun məlumatına görə, noyabr 11-də saat 11:00-dan 13:00-dək "Qaz İxrac" İdarəsinin Qazax Magistral qaz kəmərləri sahəsinin "Ağstafa", saat 09:00-dan 18:00-dək Astara Magistral qaz kəmərləri sahəsinin "İmişli", "Axundov", "Saatlı", "Qaracalar", "Otuzikilər" və "Əlillər" qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində aparılan işlərin İmişli, Saatlı, Sabirabad və Ağstafa rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR