"Rəqib əvvəlki komanda deyil, amma Azərbaycan millisi də güclənib"

"Rəqib əvvəlki komanda deyil, amma Azərbaycan millisi də güclənib"
18:42 10 Noyabr 2016
68 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az Azərbaycan yığmasının yarımmüdafiəçisi Rahid Əmirquliyevin apasport.az saytına müsahibəsini təqdim edir:

- DÇ-2018-in seçmə mərhələsinin ilk 3 oyununda qeydə alınan nəticələrdən sonra millimizə inam artıb. Necə düşünürsüz, yığmamız uğurlu seriyanı Şimali İrlandiya ilə matçda da davam etdirə biləcək?

- Komandanın daxilində də inam çoxalıb. Bu görüşə yaxşı hazırlaşırıq. Çətin oyun olacaq. Amma əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə ilə qayıdaq. Futboldu, hər şey ola bilər. Lakin biz üzərimizə düşəni edəcəyik.
 
- Əksəriyyət millidən Belfast səfərində də yaxşı nəticə gözləyir. Bu, komandada əlavə təzyiq yaratmır ki?

- Xeyr. Təzyiq hiss etmirik. Başa düşürük ki, hamı bizdən yaxşı nəticə gözləyir. Bunu reallaşdırmaq üçün bütün gücümüzü meydanda qoyacağıq. Millətimizi sevindirmək istəyirik. Komandada inam var. Uğurlu nəticələrə imza atanda azarkeşlərin də inamı artır. Bunu bacarmışıqsa, deməli, düz yoldayıq. Ancaq işimiz hələ bitməyib. Uğurlu seriyanı davam etdirmək lazımdı.
 
- DÇ-2014-ün seçmə mərhələsində Şimali İrlandiya yığmasından 4 xal almağı bacarmışdıq. Amma razılaşaq ki, rəqib indi daha güclüdü...

- Razıyam, indiki Şimali İrlandiya yığması daha güclüdü. Son Avropa çempionatının final mərhələsində çıxış ediblər. Bu, onların gücündən xəbər verir. Deyərdim ki, rəqib xeyli "artırıb". Heyətlərində çoxlu hündürboy futbolçular var, standart vəziyyətlərdə yaxşı oynayırlar. Hamı bilir ki, onların ən güclü tərəfi də elə budu. Yenə deyirəm, bizim üçün çox çətin olacaq. Düzdü, Şimali İrlandiya yığması əvvəlki komanda deyil, amma Azərbaycan millisi də güclənib. Bunu son vaxtlar imza atdığımız nəticələrlə sübut etmişik.
 
- Qrupdan çıxmaq mənasında Şimali İrlandiya ilə matçı bizim üçün həlledici hesab etmək olarmı?

- Hələ çox oyun var. Mən bu görüşü həlledici adlandırmazdım. Lakin çox önəmli oyundu. Razıyam ki, yaxşı nəticə qazansaq, qrupdan çıxmağa şansımız çoxalacaq. Biz də bunu dərk edirik və matça ciddi hazırlaşırıq. Milliyə çağırılan hər bir futbolçu əlindən gələni etməyə hazırdı.
 
- Əvvəlki formanızı tam bərpa etdiyinizi deyə bilərikmi?

- Zədədən qayıtdıqdan sonra mənə vaxt lazım idi. İndi özümü çox yaxşı hiss edirəm. Demək olar ki, əvvəlki formamı tam yığmışam. Həm "Qarabağ"da, həm də millidə özümü yaxşı tərəfdən göstərib, komandaya faydalı olmağa çalışıram.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Türkiyədə bina çökdü - Ölən və yaralanan var

26 Sentyabr 2017 22:18

Referendumun təşkilatçıları əməllərinə görə cavab verəcəklər -

26 Sentyabr 2017 22:15

ABŞ-dan Pxenyana qarşı əlavə sanksiyalar

26 Sentyabr 2017 22:14

İranda "Telegram" messencerinin yaradıcısına qarşı cinayət işi açılıb

26 Sentyabr 2017 22:12

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

26 Sentyabr 2017 22:03

Filippin prezidentini qətlə yetirmək istədilər -

26 Sentyabr 2017 22:00

“Adamyeyənlər ət satışı üçün yer axtarırdılar” - Hanniballar ailəsi barədə ŞOK DETALLAR

26 Sentyabr 2017 21:53

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

26 Sentyabr 2017 21:50

Türkiyə ordusu İraqla sərhəddə hərbi təlimləri genişləndirib

26 Sentyabr 2017 21:44

İran sərhədlərini gücləndirir

26 Sentyabr 2017 21:38

Meksika təbii fəlakətlə əlaqədar göstərdiyi dəstək və həmrəyliyə görə Azərbaycana minnətdarlıq edib

26 Sentyabr 2017 21:37

Bağdad kürd muxtariyyətinə üç gün vaxt verdi

26 Sentyabr 2017 21:34

Türkiyəli jurnalist Qurban Qurbanova hədiyyə verdi

26 Sentyabr 2017 21:28

Rusiya İraqın ərazi bütövlüyünün tərəfdarıdır -

26 Sentyabr 2017 21:28

Şimali koreyalı futbolçunu ağladan qadağa

26 Sentyabr 2017 21:19

İraq kürd muxtariyyətinə 3 gün vaxt verdi

26 Sentyabr 2017 21:14

Deputat həmkarını iclas zamanı nokauta saldı - FOTO

26 Sentyabr 2017 21:13

BƏƏ mütəxəssisləri Heydər Əliyev hava limanının əməkdaşlarına təlimlər keçir

26 Sentyabr 2017 21:12

"Facebook" rəsmən xəbərdar edildi -

26 Sentyabr 2017 21:10

ABŞ Senatının komitəsi Con Hantsmanın Amerikanın Rusiyadakı səfiri vəzifəsinə namizədliyini təsdiqləyib

26 Sentyabr 2017 21:02

Səudiyyə kralından tarixi qərar

26 Sentyabr 2017 20:58

Pentaqon rəhbəri Hindistana səfər edib

26 Sentyabr 2017 20:50

Bakıda pulsuz vayfay olan ərazilər genişləndi - TAM SİYAHI

26 Sentyabr 2017 20:48

Türkiyə XİN başçısı: “Bundan sonra Türkiyəyə gəlmə, Bağdadda görüşəcəyik”

26 Sentyabr 2017 20:47

Bakıda pulsuz "Wi-Fi" olan ərazilər genişləndi -

26 Sentyabr 2017 20:41

İsveçdə tank qatarla toqquşub

26 Sentyabr 2017 20:37

17 il həbs cəzası alan şəxsin şikayətinə baxılır

26 Sentyabr 2017 20:34

Bərzaniyə 3 gün vaxt VERİLDİ

26 Sentyabr 2017 20:33

"Roma" Bakı Olimpiya Stadionunda məşq edib

26 Sentyabr 2017 20:30

Qazax və Şəkidə gənclər üçün təlimlər keçirilib

26 Sentyabr 2017 20:27

İran qərb sərhədlərində mühafizəni gücləndirir

26 Sentyabr 2017 20:24

1 milyon manatlıq dələduzluqda təqsirləndirilən qadın barəsində yenidən ekspertiza təyin edilib

26 Sentyabr 2017 20:24

İraq hökuməti ölkənin şimalındakı kürd muxtar bölgəsinə üç gün möhlət verib

26 Sentyabr 2017 20:22

"Roma"nın futbolçusu: "Uduzmağa gəlməmişik"

26 Sentyabr 2017 20:17

"Roma" Bakı Olimpiya Stadionunda - FOTOSESSİYA

26 Sentyabr 2017 20:08

Bakı-Tbilisi-Qars dəmir yolu üzrə işçi qrupun görüşü keçiriləcək

26 Sentyabr 2017 20:07

Bakıda "gay"lara qarşı irimiqyaslı reyd keçirildi -

26 Sentyabr 2017 20:04

Əraziləri qaytarmaq üçün Putindən ŞƏRT, Ağ Evdə MƏXFİ GÖRÜŞ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

26 Sentyabr 2017 20:03

"Qarabağ"a böyük hörmətim var -

26 Sentyabr 2017 20:01

Kukla Teatrında “Sehrli dünya” adlı tamaşa-konsert təqdim olunacaq

26 Sentyabr 2017 19:52

Juan Jezus: "Bakıya uduzmağa gəlməmişik"

26 Sentyabr 2017 19:47

"Qarabağ" "Roma" üçün ciddi rəqibdi" - Marko Tardelli

26 Sentyabr 2017 19:47

Putin Hava Kosmik Qüvvələrinin baş komandanını qovub

26 Sentyabr 2017 19:45

ATƏT nümayəndəsindən Qarabağ açıqlaması

26 Sentyabr 2017 19:43

Beynəlxalq ekoloji aksiya çərçivəsində Mərdəkan çimərliyi tullantılardan təmizlənib

26 Sentyabr 2017 19:37

Tovuzda kanala aşan avtomobilin sürücüsü komaya düşdü

26 Sentyabr 2017 19:36

“Qarabağ”a böyük hörmətim var” - "Roma"nın baş məşqçisi

26 Sentyabr 2017 19:34

Gəncədə qız üstündə 2 nəfər bıçaqlandı

26 Sentyabr 2017 19:33

ATV-nin keçmiş vitse-prezidenti həbs olunub? -

26 Sentyabr 2017 19:28

Putin aviasiya komandanını ordudan qovdu

26 Sentyabr 2017 19:24