Salyanda avtomobil iki piyadanı vurub

Salyanda avtomobil iki piyadanı vurub
19:22 10 Noyabr 2016
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan. 10 noyabr. REPORT.AZ/ Salyan rayonunda piyada ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosunun verdiyi xəbərə görə, qəza bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun yaxınlığında, Qırxçıraq kəndi ərazisində qeydə alınıb. 
Belə ki, iki qadını avtomobil vurub. Hələlik şəxsiyyəti məlum olmayan qadınlardan biri hadisə yerindəcə dünyasını dəyişib. Ağır bədən xəsarətləri alan digər yaralı isə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda ona tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/salyanda-avtomobil-iki-piyadani-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR