Qusarda 3 otaqlı ev yandı

Qusarda 3 otaqlı ev yandı
20:24 10 Noyabr 2016
77 Digər
Ölkə mətbuatı
A- A+

Qusarda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun İmamqulukənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin dam örtüyü və 2 otağın yanar konstruksiyaları 50 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR