Kartof haqqında bilmədikləriniz

Kartof haqqında bilmədikləriniz
20:26 10 Noyabr 2016
484 Şou
Ölkə mətbuatı
A- A+

Əminik ki, gün ərzində ən çox yediyimiz qidalardan olan kartof haqqında bilmədiyiniz məlumatlar var.

Axşam.az xarici KV-ə istinadən kartof haqqında yeni məlumatlar təqdim edirik:

1. Gün işığı və istilik kartofun tərkibində solanin maddəsi yaramasına şərait yaradır. Solanin artıq miqdarda qəbul edildikdə zəhərlənmə, mədə bulantısı, qusma, mədə trampları, boğazda yanma, baş ağrısı və baş dönməsi yaradır. Buna görə də, rəngi yaşıllaşmış və cücərmiş kartof sağlamlığınız üçün çox təhlükəlidir.

2. Tərkibində fosfor olduğu üçün kişilərin cinsi fəaliyyətini artırır.

3.Hava kirliliyi, radiasiya kimi kimyəvi zəhərlənmələrdən qanı təmizləyir və hüceyrələri bərpa edir.
4. Kartofun 2 növü var. Birinci növün rəngi sarıdır. İkincisi isə yaşıldır. Rəngi yaşıl olan kartof Avropada heyvan yemi kimi istifadə edilir.

5. Bu məhsulu gün işığından uzaqda saxlamasanız tərkibindəki “B” və “K” vitaminlərini itirə bilər.
6. Karofda rast gəlinən manganez qadın dərisinin “dostudur”. Bu dəyərli tərəvəz ancaq yeməklə deyil, kremlər və maska yolu ilə də qadın dərisini yeniləyir. Üzü qırışlardan azad edir və ölmüş hüceyrələri uzaqlaşdırır.

7. Peru bu gün kartofun paytaxtı kimi qəbul edilib. Ən böyük istehsalçı olmasa da, ən çox forma, rəng və çeşidi bu ölkədədir. Ən böyük istehsal və istehlakçı isə Çindir.

8. Kartofun içində olan vitaminlər xəstəliklərdən qoruyur. Ancaq avropalılar bu məhsulu tanısalarda, ondan tez bir zamanda istifadə etməyiblər. Xristianlar “İncil”də yer almadığı üçün kartof və çörəyi rədd edib, şeytanın yeməyi olaraq qiymətləndiriblər. Xüsusilə isveçrəlilər onu nə əkib-becərib, nə də yeyiblər. Hətta bu gün belə bəzi bölgələrdə bu səbəbdən kartof yeyilmir.

9. Yetişdirilməsi çox asan, saxlanması isə çox çətin qidadır. Xüsusilə 4 dərəcədən yüksək istilikdə saxlanılmalıdır. Əks təqdirdə içindəki nişasta şəkərə çevrilir və dadı dəyişir. İdeal saxlama dərəcəsi 7-10 dərəcədir.

10. Tərkibinin 75%-i sudur. 250 qram kartof qaynadılanda sadəcə 110 kalori verir. Dünyada hər bir insan il ərzində 33 kq kartof yeyir. Belarusiyalılar bir ildə adambaşına 181 kq kartof yeyir ki, bu da gündə təxminən yarım kiloqram deməkdir.

11. Yüksək təzyiq və ürək üçün çox yaxşıdır. Eyni zamanda, antioksidandır. Tərkibindəki potansiyum banan, ispanaq və brokolidən daha çoxdur. Kartofu yağda qızartmaq belçikalıların ideyası olub. Ancaq amerikalılar bunu dünyaya “fransız qızartması” olaraq tanıdıb. Kartof qızartmasını Ağ Evə ilk qəbul edən prezident 1801-1809-cu illər ərzində hakimiyyətdə olan Tomas Ceferson olub.
 
12. 1982-ci ildə 4 kiloqramlıq bir kartof yetişdirilib və bu, Ginnesin Rekordlar kitabına düşüb. 1995-ci ildə NASA tərəfindən kosmosda kartof yetişdirilib. 1897-1898-ci illərdə Alyaskaya olan qızıl hücumu ərəfəsində bu qida qızıl qədər qiymətli olub. Çünki həmin ərazilərdə ondan başqa yeyiləcək heçnə tapılmayıb. Dünya restoranlarının hamısının menyusunda badımcan, bibər tapa bilməzsiniz, ancaq kartof mütləq var.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60886

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR