Azərbaycanın orta məktəblərində ispan, İspaniyadakı ali məktəblərdə multikulturalizm fənni tədris oluna bilər

Azərbaycanın orta məktəblərində ispan, İspaniyadakı ali məktəblərdə multikulturalizm fənni tədris oluna bilər
20:47 10 Noyabr 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycan nümayəndə heyəti İspaniyanın Madrid və Mursiya şəhərlərində keçirilən “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusundakı konfranslarda iştirak etmək üçün bu ölkədə səfərdədir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycanın İspaniya Krallığındakı səfirliyinin və İspaniyanın Mursiya Katolik Universitetinin birgə təşkil etdiyi tədbirlərdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, həmçinin ənənəvi dini konfessiya başçıları – Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı dağ yəhudiləri dini icmasının başçısı Milix Yevdayev və Bakıdakı katolik icmasının ordinarisi Vladimir Fekete iştirak edirlər.
Səfərin ilk günündə Azərbaycan nümayəndə heyəti İspaniya Senatının prezidenti Pio Qarsia Eskudero ilə görüşüb.
Dövlət müşaviri Kamal Abdullayev Azərbaycan ilə İspaniya arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq, bu səfərin reallaşmasından məmnunluğunu ifadə edib. O qeyd edib ki, qədim və dərin tarixi ənənələrə malik iki ölkənin münasibətlərinin bütün sferaları əhatə etməsi gələcəkdə iki xalqı daha da yaxınlaşdıracaq. Dövlət müşaviri vurğulayıb ki, bu baxımdan mədəni, dini və digər humanitar sahələr üzrə qarşılıqlı səfərlərin əhəmiyyəti böyükdür. K.Abdullayev görüş iştirakçıları adından İspaniya Senatının prezidenti P. Q.Eskuderonu Azərbaycana səfərə dəvət edib.
İspaniya Senatının prezidenti Pio Qarsia Eskudero görüşdən məmnunluğunu ifadə edib. O, iki ölkəni birləşdirən dəyərlərin oxşar olduğunu vurğulayaraq ümumi maraqlar əsasında əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini önə çəkib. Ölkəsinin dinlərarası əməkdaşlığa böyük önəm verdiyini söyləyən Senat prezidenti böyük ənənələrə malik İspaniya üçün bu səfərin verəcəyi töhfənin əhəmiyyətini vurğulayıb.
Görüşdə İspaniya Senatının başçısına məlumat verilib ki, Bakıda katolik kilsəsi inşa olunub, həmçinin iki papa - II İoann Pavel və Fransisk Azərbaycanda səfərdə olub. Bunun özü də Azərbaycandakı dini tolerantlığın bariz nümunəsidir.
Səmimi şəraitdə keçən görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.
Sonra Azərbaycan nümayəndə heyəti İspaniya Senatının binası, burada yerləşən qədim və zəngin kitabxana tanış olub.
Daha sonra nümayəndə heyətinin üzvləri İspaniyanın Təhsil, Mədəniyyət və İdman Nazirliyində olublar. Burada Azərbaycan nümayəndə heyəti nazir müavini Fernando Venzo Saynz və nazirliyin universitetlər üzrə katibliyinin rəhbəri Xorxe Saynz Qonzales ilə görüşüb.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev İspaniya tərəfini yeni hökumət qurulması münasibətilə təbrik edib. O bildirib ki, Prezident İlham Əliyevin uğurlu siyasi kursu nəticəsində Azərbaycanda müxtəlif millətlərə və dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu baxımdan İspaniya ilə Azərbaycanı birləşdirən oxşar cəhətlər çoxdur: "Məhz bu kursun davamı olaraq 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bu il çərçivəsində ölkəmiz bir sıra mötəbər tədbirlərə ev sahibliyi edib".
İspaniyanın təhsil, mədəniyyət və idman nazirinin müavini Fernando Venzo Saynz bu tərkibdə nümayəndə heyəti ilə görüşdən çox məmnun olduqlarını deyib. Azərbaycanda müxtəlif dinlərə mənsub insanların sülh şəraitində yaşamasının onlarda xüsusi maraq doğurduğunu deyən nazir müavini iştirak etdiyi dini mövzulu konfranslarda bu baxımdan Azərbaycanın adının həmişə çəkildiyini vurğulayıb.
İspaniyada təhsil sisteminə toxunan Fernando Venzo Saynz ölkəsinin bütün bölgələrində təhsil səviyyəsinin eyni olduğunu söyləyib. O vurğulayıb ki, təhsil müəssisələrində oxuyanların dini və milli mənsubiyyətindən asılı olmayaraq, təlqin olunan əsas fikir mənəvi dəyərlərin qorunmasıdır. Hazırda İspaniyada bu baxımdan müzakirə olunan əsas məsələ orta məktəblərdə dinin məcburi fənn kimi tədrisinin önəmini aydınlaşdırmaqdır. Əsas məqsəd orta təhsildə dinin tədrisini istəyən və istəməyənlər arasında ortaq məxrəcə gəlməkdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. Təklif olunub ki, Azərbaycandakı orta məktəblərdə ispan dilinin, İspaniyadakı ali məktəblərdə isə multikulturalizm fənninin keçirilməsi məsələləri ətrafında iş aparılsın. Azərbaycan hökumətinin universitetlərdə tədris etdiyi multikulturalizm fənni dünyanın 20-ə yaxın ölkəsində tədris proqramına salınıb. Həmçinin ölkələrimizin universitetləri arasında tələbə və müəllim mübadiləsi də əsas müzakirə mövzularından olub.
Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Gəyirmənin səbəbi və qarşısını almaq üsulları

20 Sentyabr 2017 02:03

Ebru Gündeş Bakıda toyda

20 Sentyabr 2017 01:59

İlham Əliyev BMT-də nahara qatıldı

20 Sentyabr 2017 01:49

Brüssel 2020-ci il Avropa çempionatına təşkilatçılıq hüququndan məhrum edilə bilər

20 Sentyabr 2017 01:47

Kariyesin yaranma səbəbləri məlum oldu

20 Sentyabr 2017 01:45

Sitalçayda 350 ədəd partlamamış hərbi sursat aşkar edilib

20 Sentyabr 2017 01:42

Bu gün UEFA Azərbaycan üçün tarixi qərar verə bilər

20 Sentyabr 2017 01:32

Ərdoğan: "Qarabağ münaqişəsinin həlli üçün daha çox səy göstərməliyik"

20 Sentyabr 2017 01:28

İlham Əliyev BMT-nin baş qərargahında rəsmi dövlət naharında iştirak edib

20 Sentyabr 2017 01:22

"Rosneft" İraqdakı regional hökumətlə müqavilə imzaladı -

20 Sentyabr 2017 01:20

Rusiya hərbi təyyarələri amerikalı əsgərləri vurdu -

20 Sentyabr 2017 01:05

Ərdoğan Myanmadakı böhranı soyqırımı adlandırıb

20 Sentyabr 2017 00:52

Daha bir ölkə Ərbilin referendum qərarına qarşı çıxdı

20 Sentyabr 2017 00:49

Meksikada güclü zəlzələ: ölənlər var

20 Sentyabr 2017 00:44

Kərkükdə vəziyyət gərginləşdi -

20 Sentyabr 2017 00:30

Azərbaycan neftinin SON QİYMƏTİ -

20 Sentyabr 2017 00:20

İsraili yer üzündən silərik -

20 Sentyabr 2017 00:10

Astroloji proqnoz - 20 sentyabr

20 Sentyabr 2017 00:03

Rusiya nümayəndə heyəti Litva prezidentinin BMT-də çıxışı öncəsi zalı tərk edib

20 Sentyabr 2017 00:02

Bu gün Azərbaycanda Neftçilər günüdür

20 Sentyabr 2017 00:02

Meksikada 7,1 bal gücündə zəlzələ olub

19 Sentyabr 2017 23:58

Klinton yenə Trampı tənqid etdi

19 Sentyabr 2017 23:49

Meksikada güclü zəlzələ - İnsanlar küçələrə axışdı - FOTO

19 Sentyabr 2017 23:48

Bu ölkədə hicaba qadağa qoyuldu

19 Sentyabr 2017 23:38

75 ildir evli olan cütlük eyni gündə vəfat ediblər -

19 Sentyabr 2017 23:34

Daha bir ev kül oldu

19 Sentyabr 2017 23:29

Meksikanın paytaxtında 7,4 bal gücündə zəlzələ baş verib

19 Sentyabr 2017 23:27

Rusiya Dövlət Kitabxanası təxliyə edildi - Bomba həyəcanı

19 Sentyabr 2017 23:23

Proqnoz -

19 Sentyabr 2017 23:21

İraq ordusu daha bir bölgədə əməliyyatlara başladı -

19 Sentyabr 2017 23:15

Şəkidə qadın özünü asdı

19 Sentyabr 2017 23:14

Myanmada təqribən 200 kənd yandırılıb

19 Sentyabr 2017 23:12

İsveçrəda üzün bağlanmasına qadağa

19 Sentyabr 2017 22:54

"Mariya" qasırğası ABŞ-a yaxınlaşır -

19 Sentyabr 2017 22:50

Sevdiyim üçün dua edirəm

19 Sentyabr 2017 22:33

ABŞ müdafiə xərclərinə rekord məbləğdə vəsait ayıra bilər

19 Sentyabr 2017 22:33

Gənc Tamaşaçılar Teatrının aktrisası beynəlxalq diploma layiq görülüb

19 Sentyabr 2017 22:32

Göygöldə qəza: iki avtomobil toqquşdu

19 Sentyabr 2017 22:23

Ruhani ABŞ-ı hədələdi -

19 Sentyabr 2017 22:14

Külli miqdarda pul unitazlara atıldı -

19 Sentyabr 2017 21:55

Ağdamd ev kül oldu

19 Sentyabr 2017 21:49

Salyanda dəhşətli qəza: 4 qadın öldü

19 Sentyabr 2017 21:44

Azərbaycanda şagird müəllimə "Faşist salamı" verdi -

19 Sentyabr 2017 21:40

“Qızıl oğlan” mükafatına namizədlərin SİYAHISI

19 Sentyabr 2017 21:38

Yevlaxda xadimələri daşıyan avtobus qəzaya uğrayıb

19 Sentyabr 2017 21:32

BNA sürücülərin döyülməsindən narahatdır -

19 Sentyabr 2017 21:30

Rahibələrin rok qrupu dünya turnesində - VİDEO

19 Sentyabr 2017 21:28

"Deutsche Bank" maliyyə böhranına səbəb ola biləcək amilləri sadalayıb

19 Sentyabr 2017 21:17

Azərbaycanlı kənd təsərrüfatı mütəxəssisləri beynəlxalq təcrübəni öyrənirlər

19 Sentyabr 2017 21:17

İranın "Nəfəs" filminin Oskar mükafatına namizədliyi irəli sürülüb

19 Sentyabr 2017 21:12