Dondurulmuş balıq alanlar - ehtiyatlı olun - VİDEO

Dondurulmuş balıq alanlar - ehtiyatlı olun - VİDEO
21:12 10 Noyabr 2016
142 Ölkə
Ölkə mətbuatı
A- A+

Çindən gətirilən dondurulmuş balıqların üzərindəki etiket dəyişdirilərək yenidən satışa çıxarılır. Belə bir iddia irəli sürən Rasim Behbudov dövlət orqanlarına da bu barədə müraciət edib. Firmadan isə deyilənlərin yalan və böhtan olduğu bildirilib.

Balıq məhsullarının istifadə müddətinin dəyişdirilərək satıldığı iddia edilir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, balıq satışı ilə məşğul olan firmalardan birinin keçmiş işçisi bildirir ki, məhsulların üzərindəki yarlıq dəyişdirilərək satılır. Onun sözlərinə görə, firma dondurulmuş balığı Çindən gətirir və vaxtı bitdikdən sonra üzərindəki etiket dəyişdirilərək satılır.

Rasim Behbudovun sözlərinə görə, bu səbəbdən işdən də çıxıb. İşdən çıxdıqdan sonra isə İqtisadiyyat Nazirliyinə müraciət edib.

İddialarla bağlı firmadan bildirildi ki, deyilənlər yalan və böhtandır.

Həmçinin qeyd olundu ki, Rasim Behbudov haqqında bir neçə dəfə şikayət gəldiyi üçün və deyilən sənədləri təqdim etmədiyindən firma tərəfindən işdən çıxarılıb. Yəni, öz istəyi ilə çıxmayıb.

İqtisadiyyat Nazirliyindən isə bildirildi ki, Rasim Behbudov Antinhisdar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə dəvət olunub və ərizəsi alınıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/488263.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR