Sosial şəbəkə falçıları - yalandan özlərinə tərif yazdırıb müştəri qazanır - VİDEO

Sosial şəbəkə falçıları - yalandan özlərinə tərif yazdırıb müştəri qazanır - VİDEO
21:22 10 Noyabr 2016
136 Ölkə
Ölkə mətbuatı
A- A+

Hətta artıq sosial şəbəkələr üzərindən özlərini reklam edən falçılar belə şeylərə inanan adamların pullarını mənimsəməyə davam edirlər.

Sosial şəbəkədə müştərisinin guya ona yazdıqlarını paylaşan falçı bununla özünü reklam edir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, bir falçı yalandan başqa nömrələrdən özünə belə tərif mesajları yazıb sosial şəbəkələrdə yayır və insanları şirnikləndirərək özünə müştəri qazanır.

Sosioloq Rəşad Əsgərov deyir ki, belə mesajları görən zəif insanlar falçıların toruna asan düşür və sonradan onlarda sosial və psixolojı asılıq yaranır.

Daxili İşlər Nazirliyindən Xəzər Xəbərə bildirdilər ki, belə paylaşımların heç bir cinayət tərkibi olmasa da, konkret zərər görən insanlar mütləq polisə müraciət etməlidir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR