Ağdamda ər arvadını niyə yandırdı? – TƏFƏRRÜATLAR

Ağdamda ər arvadını niyə yandırdı? – TƏFƏRRÜATLAR
21:37 10 Noyabr 2016
261 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağdam rayonunda orta məktəb müəlliminin həyat yoldaşı tərəfindən yandırılması ilə bağlı təfərrüatlar məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki,  Ağdam rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Mahrızlı kənd sakini, 1960-cı il təvəllüdlü Vəliyeva Kima Zaman qızı yanıq xəsarətləri ilə Ağdam rayon Xəstəxanasına daxil olub. Qadın həyat yoldaşı Vəliyev İsmayıl Bəndəli oğlu tərəfindən benzinlə yandırıldığını bildirib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisə ərlə arvad arasındakı ailə münaqişəsi nəticəsində baş verib. Zərərçəkmiş K.Vəliyeva ilə həyat yoldaşı İ.Vəliyev arasında uzun müddətdir mübahisə yaşanır.

K.Vəliyeva həyat yoldaşını evdən qovmaq və onunla ayrılmaq istəyib. Noyabrın 10-da tərəflər arasında yenidən mübahisə olub və K.Vəliyeva ərini evdən qovub. Həyat yoldaşının bu hərəkətinə əsəbiləşən İ.Vəliyev K.Vəliyevanın dərs vəsaitlərini yandırmaq istəyib. İ.Vəliyev kitabların üzərinə benzin töküb öd vurarkən K.Vəliyeva ona mane olmaq istəyib. Hadisə nəticəsində K.Vəliyevanın əlləri və ayaqları yanıb. Faktla bağlı araşdırmalar aparılır.

Ağdam rayon Xəstəxanasının baş həkimi Bəxtiyar Haqverdiyev Trend-ə açıqlamasında bildirib ki, K.Vəliyeva aşağı ətrafın bud və baldır hissəsinin səthi yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti orta ağırdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/488268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR