Ürək-damar sistemi xəstəliklərinin ƏSAS 5 RİSK FAKTORU

Ürək-damar sistemi xəstəliklərinin ƏSAS 5 RİSK FAKTORU
22:37 10 Noyabr 2016
216 Ölkə
Ölkə mətbuatı
A- A+

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ürək-damar sistemi xəstəlikləri və onların ağırlaşmaları bütün dünyada ölümün əsas səbəbi sayılır.
İldən ilə bu xəstəliklərdən dünyasını dəyişən insanların sayı artır. Artıq bu xəstəliklər xeyli cavanlaşıb və bu da vaxtından qabaq ölümlərin hallarını artırır.
Milli.Az saglamolun.az-a istinadən ürək-damar sistemi xəstəliklərinin əsas 5 risk faktorunu təqdim edirik:
1. Hipertoniya (yüksək təzyiq) - normada 140/90 mm c.st. aşağı olmalıdır.
2. Qanda xolesterolun səviyyəsinin yüksək olması (normada 5 mmol/l az olmalıdır).
3. Artıq bədən çəkisi. Bədən çəkisinin normaya uyğun olub-olmadığını təyin etmək üçün xüsusi formul mövcuddur: çəkinizi (kq) boyun metrlə hesablanan ölçüsünün kvadratına bölün - bədən çəkisi (kq):boy (m2). Alınan nəticə bədən kütləsi indeksi adlanır. Bu indeks 25-dən az olmalıdır. Nəticə 25-dən artıqdırsa, sizin artıq çəkiniz var.
Məsələn, əgər sizin boyunuz - 1m 60 sm (1,6), çəkiniz isə 65 kq olarsa, bədən kütləsi indeksini təyin etmək üçün siz belə hesabat aparmalısınız = 65 : (1,6x1,6) = 65 : 2,56 = təxminən 25,4.
4. Bel çevrəsi: normada qadınlarda 80 sm-dən, kişilərdə 94 sm-dən az olmalıdır.
5. Qanda qlükozanın səviyyəsinin yüksək olması: 6,1 mmol/l-dən az olmalıdır.
Beləliklə, lazım olan analizlər verib və hesablamalar aparıb, siz özünüz özünüzdə ürək-damar sistemi riskini təyin edə bilərsiniz. Əgər risk yüksəkdirsə, vaxt itirmədən kardioloqa müraciət edin.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/488230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR