Özünü xoşbəxt hiss etməyin 10 yolu

Özünü xoşbəxt hiss etməyin 10 yolu
22:57 10 Noyabr 2016
226 Ölkə
Ölkə mətbuatı
A- A+

İnsanı özünə xoşbəxt hiss etdirən hormonlardan biri dopamindir.

Milli.Az immunitet.az-a istinadən bildirir ki, orqanizmdə dopaminin artmasına səbəb olan 10 amili sizlərlə bölüşmək istəyirəm.
1. Doyunca yatın.
İnsan yatarkən orqanizmdə dopaminin səviyyəsi artır. Sağlam və sakit yuxu sizi, özünüzə xoşbəxt hiss etdirəcək.
2. Musiqiyə qulaq asın.
Qanda dopaminin qısa müddətdə artmasına səbəb olan amillərdən biri musiqiyə qulaq asmaqdır. Musiqi sizi şən və gümrah edər.
3. Siyahı tutun.
Gün ərzində görəcəyiniz bütün işlərin siyahısını tutun və işlərinizi həyata keçirdikcə siyahıdan silin. Bu sizin istədiyinizi əldə edmək hissinizi sizə xatırladacaq və özünüzü xoşbəxt hiss edəcəksiniz.
4. Yaradıcı olun.
Yaradıcılıq insanın beynində dopaminin miqdarını artırır. Rəsm çəkin, mahnı oxuyun və ya yemək bişirin.
5. Dostlarınızla görüşün.
Dostların əhatəsində insan özünü həmişə xoşbəxt hiss edir.
6. Yoqa ilə məşğul olun.
Sakit bir yerdə bardaş qurub oturun, gözlərinizi yumub dərindən nəfəs alın və diqqətinizi bir yerə cəmləşdirməyə çalışın.
7. Detoks çayları için.
Orqanizmdə olan mikroblar və bakteriyalar dopaminin səviyyəsini aşağı salır. Bunun baş verməməsi üçün vaxtaşırı detoks çayları içmək lazımdır.
8. Tirozini artırın.
Tirozin dopaminin sintezində rol oynayan kimyəvi birləşmədir. Orqanizminizdə miqdarının artmasının istəyirsinizsə, qırmızı şərab, şokolad, badam, qoz, banan, qarpız yeyin və yaşıl çay için.
9. İdman edin.
Fiziki aktivlik orqanizmdə dopaminin miqdarının artmasına səbəb olur. Buna görə də çalışın gün ərzində idmana vaxt ayırın.
10. Pis vərdişlərinizdən əl çəkin.
Çalışın spirtli içkilərdən, siqaretdən və kofedən uzaqlaşın. Orqanizmin pis vərdişləri, qanda dopaminin səviyyəsinin azalmasına səbəb olur.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/487943.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR