Hədislər Qurana əsaslanır və Quranla ölçülür

Hədislər Qurana əsaslanır və Quranla ölçülür
23:17 10 Noyabr 2016
85 Ölkə
Ölkə mətbuatı
A- A+

İmam Baqirdən (ə) gələn hədisdə oxuyuruq: "Nə zaman sizə hədis danışsalar, mənbəyini Quranda axtarın".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, o kəslər ki, Quranla yaxından tanışdılar, yaxşı bilirlər ki, Məsumların (ə) buyurduqları hər kəlam Qurana əsaslanmışdır və Quranla ölçülür.
Əmirəl-möminin (ə) 199-cu xütbəsində buyurur: "Namazın ardıcılı olun və onu öz vaxtında, əhəmiyyətlə yerinə yetirin. Onun vasitəsilə aləmlərin Allahına yaxın olun. Belə ki, Allah Təala buyurur: "O möminlər üçün müəyyən vaxtlarda təyin və vacib olmuşdur".
Cəhənnəm əhlinin cavabına qulaq vermirsiniz, o zaman ki, onlara sual verilər: "Sizi cəhənnəmə çəkən şey nədir?". Deyərlər ki, biz namazqılanlardan deyildik. Namaz günahları tökər, ağacdan yarpaqların tökülməsi kimi. Günahları boyunlardan açılar, necə ki, kəndirlər heyvanların boynundan açılar.
Allahın Rəsulu (s) namazı isti su bulağına bənzətmişdir ki, hər bir insanın evinin qarşısında qərar tutur. O, gecə və gündüz beş dəfə özünü həmin bulaqda yuyur. Belə olan halda onun bədənində çirk qalarmı? Namazın haqqını möminlərdən o kəslər tanıyırlar ki, özlərini övlad və mal ilə məşğul etmirlər. Sübhan Allah buyurur: "Heç bir ticarət və alış-verişin Allahı yad etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmadığı kişilər. Onlar ürəklərin və gözlərin pərişan və fərqli olacağı gündən qorxurlar". ("Nur" 37).
Allahın Rəsulu (s) özünü namaz üçün zəhmətə salardı, halbuki behiştin müjdəsi ona verilmişdi. Çünki Allah ona buyurmuşdu: "Və öz ailənə namazı əmr et və özün (də) var gücünlə ona (riayət etməyə) səbir et". ("Taha" 132).
Həzrət (s) də öz əhlini namaza əmr edər və özü də ona qarşı səbirli olardı". (Erfan)
İmam Əli (ə) bu nurani xütbəsində çox sayda Quran ayəsinə istinad edərək, öz kəlamlarını bəyan etmişdir.
Bu ayələr ibarətdir:
1. "Və o kəslər ki, namazlarını (tam və kamil olması baxımından) qoruyurlar". ("Muminun" 9).
2. "Şübhəsiz namaz möminlərə həmişə vacib olan bir qərardır". ("Nisa" 103).
3. "(Onlara üz tutaraq soruşarlar:) "Sizi Cəhənnəmə daxil edən nədir?". Deyərlər: "Biz namaz qılanlardan deyildik". ("Muddəssir" 42).
4. "Mal və övladlar dünya həyatının zinət və bəzəyidir. (Haqq etiqad, mənəvi fəzilətlər və yaxşı əməllər kimi) gözəl əbədilər isə sənin Rəbbinin yanında mükafat baxımından daha yaxşı və (dünya və axirətdəki nəticələrinə) ümid bəsləmək baxımından daha gözəldir". ("Kəhf" 46).
5. "Heç bir ticarət və alış-verişin Allahı yad etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmadığı kişilər. Onlar ürəklərin və gözlərin pərişan və fərqli olacağı gündən qorxurlar". ("Nur" 37).
6. "Və öz ailənə namazı əmr et və özün (də) var gücünlə ona (riayət etməyə) səibr et". ("Taha" 132).
Göründüyü kimi, bu qısa xütbədə Həzrət Əli (ə) müstəqim və qeyri-müstəqim şəkildə Qurandan bəhrələnmişdir. Ona görə də demək olar ki, itrət və Quran bir-birindən ayrılmazdır. Nə itrət Quransız ola bilər, nə də Quran itrətsiz. Məsumlar (ə) Quranın kamil təfsirçiləri və Quran ayələrinin təcəsümüdürlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/487922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR