İnsanlarla mehriban olmaq imanın yarısıdır

İnsanlarla mehriban olmaq imanın yarısıdır
23:22 10 Noyabr 2016
92 Ölkə
Ölkə mətbuatı
A- A+

İnsan ictimai bir varlıqdır və cəmiyyət içində yaşamağa məcburdur. Ona görə də insanlarla mehriban olmalı və onlarla yola getməyi bacarmalıdır. Əgər insan başqaları ilə yola getməsə və onlara qarşı kobud olsa, həm ictimai etibarına, həm dininə və həm də əxlaqına ziyan vurmuş olar.

Bu məsələ o qədər mühümdür ki, Allah Təala Həzrət Musaya (ə) və Haruna Fironla bağlı buyurur: "Onunla yumşaq danışın, bəlkə qəbul etdi və ya qorxdu (və qəbul etməyə yaxınlaşdı)". ("Taha" 44).
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Allah ona görə belə əmr edir ki, haqqa dəvət yumşaq dillə edilməlidir və ancaq bu zaman düzgün yerinə yetirilmiş olar. İlk dəfədən kobudluq etmək olmaz. Bu zaman qarşı tərəf qorxar və qaçar. Haqq sözünə qulaq asmaz. Əksinə, əgər yumşaq və mülayim dillə olarsa, qarşı tərəf haqq sözü eşitməyə hazırlıq əldə edər.
İnsanlarla yola getməyin bir çox bərəkətləri vardır ki, onlarla tanış olaq.
1. İctimai bağları möhkəmləndirər. İnsanlarla mehriban olmağın və yola getməyin təsirlərindən biri budur ki, küdurəti aradan aparar və vəhdət yaradar. Çünki cəmiyyətdəki keşməkeşlərin bir çoxunun səbəbi yersiz həssaslıqlar və dostluq ruhiyyəsinin olmamasıdır.
2. Din və dünyası salamat olar. İmam Əli (ə) buyurur: "Din və dünyanın salamatlığı - insanlarla mehriban olmaqdadır".
3. Səmimiyyət və dostluğu bərqərar edər. İmam Əli (ə) buyurur: "Mehribanlıq ilə dostluq qalıcı olar".
4. Xeyir və bərəkətə səbəb olar. Həzrət Peyğəmbər (s) buyurur: "Mülayimlikdə bərəkətlik və çoxluq vardır. Hər kim mülayimlikdən məhrum olar, xeyirdən məhrum olar".
5. Kin və düşmənçilik aradan gedər. İnsanlarla yola getmək qardaşlığa səbəb olar. İnsanlarla mehriban və gülərüz olmaq kini və düşmənçiliyi aradan aparar.
6. Eyiblər gizli qalar. Hədislərin birində oxuyuruq: "Hər kim insanlarla sülh bağlayar, eyibləri gizli qalar". İnsan əgər başqaları ilə mehriban olarsa, onlarla dava etməz, münaqişə yaranmaz. Bu zaman da eyibləri gizli qalmış olar.
7. Mehribanlıq imanın yarısıdır. Həzrət Peyğəmbər (s) buyurur: "İnsanlarla mehriban olmaq - imanın yarısıdır və onlarla mülayim olmaq - həyatın yarısıdır".
8. İmanı qoruyar. İmam Baqir (ə) buyurur: "Hər bir şeyin qıfılı vardır. İmanın qıfılı - mülayimlikdir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/487933.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR