Azərbaycanlı oliqarxlar oğurladıqları 100 milyard dolları ölkədən necə çıxarıblar?

Azərbaycanlı oliqarxlar oğurladıqları 100 milyard dolları ölkədən necə çıxarıblar?
23:47 10 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycanda keçirilən səs-küylü məhkəmə prosesləri (Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin məhkəməsi də bu qəbildən olanlara aiddir) belə bir sualın meydana çıxmasına əsas verir: oliqarxlar tərəfindən oğurlanmış pulları ölkəyə necə qaytarmaq olar?

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, təkcə Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyev yüz milyonlarla pulu mənimsəyərək, ölkədən çıxarmağa müvəffəq olub. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Soltanov açıqlama verib. Cahangir Hacıyevdən uzun müddət öncə isə belə bir addımı Milli Məclisin sabiq spikeri Rəsul Quliyev və digərləri də atmışdı. Bəs görəsən, müstəqillik dövründə oliqarxlar qeyri-qanuni yollarla ölkədən nə qədər pul çıxarıblar?

İqtisadçı-ekspert Vuqar Bayramov deyir ki, son yoxlamalar zamanı Beynəlxalq Bankdan həqiqətən də ölkə xaricinə ciddi məbləğlər çıxarıldığı üzə çıxıb. Həmin pulların əksər hissəsi ofşor zonalarındadır: "Təəssüf ki, oliqarxlar və məmurlar, öz səlahiyyətlərindən sui-istifadə edərək, pullarını xarici valyuta ilə ölkədən çıxarıblar. Bizim oliqarxlar inkişaf etmiş ölkələrdə biznes qururlar, sərmayə yatırırlar, villalar alırlar, pullarını xarici banklarda saxlayırlar. Və bu pulların qayıdışıyla bağlı problemlər yaranır".

V.Bayramovanın sözlərinə görə, bəzi ölkələrin təcrübəsi göstərir ki, pulları geri qaytarmaq mümkündür. Amma Azərbaycanda bunu etmək bir qədər çətinlik yaradır, çünki bizdə indiki halda bunu tətbiq edəcək beynəlxalq təcrübə və mexanizm yoxdur.

"Amma bununla belə, güc strukturları pulun qayıdışına nail olmalıdır. Onlar bilməlidir ki, bu pullar hansı ölkələrdə və kimin hesabındadır. Pulların geri qaytarılması üçün Beynəlxalq Məhkəməyə müraciət olunmalıdır. Söhbət böyük məbləğdə olan pullardan gedir. Düşünürəm ki, böyük məbləğdə olan bu pulların ölkəmizə qayıdışı iqtisadiyyatımızın inkişafına dəstək verəcək", - ekspert əlavə edib.

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov isə qeyd edib ki, pulların tamamilə qaytarılması alınmayacaq. Çünki pulun ixrac mexanizmi itirilib.

"Məsələn, oliqarx hansısa zavodun tikintisi üçün bankdan kredit istəyir, 500 milyon pul götürür. Bu məbləğin 10 faizini isə bankın rəhbərliyi "şapka" şəklində ondan alır.

Oliqarx krediti götürdükdən sonra diqqəti yayındırmaq üçün pulun müəyyən hissəsini biznesə yatırır. O, bu işə təxminən 100 milyon pul xərcləyir. Bu cür oliqarxları əslində heç iş adamı adlandırmaq da doğru deyil. Bu tip oliqarxlar həyatı boyunca heç vaxt normal biznes qurmayıblar. Amma onların özlərinə elə gəlir ki, guya "böyük biznesmenlərdir". Paralel olaraq eyni şeyləri həm burada, həm də xaricdə təkrarlayırlar. Zərgərlik və ya restoran biznesinə sərmayə yatırırlar. Bu da müvəffəqiyyətsizliyə gətirib çıxarır.

Bu oliqarxların işçiləri də öz növbəsində rəhbərlikdən oğurlayırlar və beləliklə də, pulun müəyyən hissəsi itir. Pulun yerdə qalan hissəsinə isə oliqarxlar xaricdə mülk alır, xarici banklarda hesabda saxlayırlar.

Hətta mənim bildiyimə görə, oliqarxlardan birinin qardaşı oğlanları Beynəlxalq Bankdan götürülən pullarla xaricdən dəvət etdikləri yüngül həyat tərzi sürən qadınları paytaxtın ən bahalı mehmanxalarında qonaq ediblər, orada saxlayıblar.

Əkrəm Həsənov müstəqillik dövründə ümumilikdə ölkədən çıxarılmış pulların cəmini açıqlamağın çətin olduğunu vurğulayıb.

"Amma yalnız son 15 il ərzində, düşünürəm ki, minimum 100 milyard ölkədən kənara çıxarılıb. Təəssüf ki, bu cür halların qarşısının alınması üçün yeni qanunlar qəbul edilmir. Yeri gəlmişkən, ölkəmizdə bütün dövlət strukturlarını Hesablama Palatası yoxlayır. Amma Mərkəzi Bank heç vaxt yoxlanmayıb", - ekspert qeyd edib.

Eyni zamanda, dünya təcrübəsində aktivlərin geri qaytarılması üçün dörd ildən səkkizə ilə qədər vaxt tələb olunur. Bununla belə, bəzən ölkəyə pulu qaytarmaq mümkün olmur. Ukrayna təcrübəsi də bunu göstərir. Hələ də ölkənin sabiq prezidenti Viktor Yanukoviçin pulunu tapıb qaytarmağa çalışırlar.

"Aktivlərin qayıdışı məsələsi, təəssüf ki, asan məsələ deyil. Bu mükəmməl şəraitdə dünya təcrübəsində 4 ildən 8 ilə qədər vaxt aparır. Mən demirəm ki, biz gözləməliyik. Biz nəticə verə biləcək bütün mümkün olan şərtləri tətbiq etməliyik. Nə qədər tez olarsa, bir o qədər yaxşıdır. Bu barədə bir müddət əvvəl Ukraynanın baş prokuroru Yevgeni Yeninin müavini də bildirmişdi.

Bildirmişdi ki, aktivlərin qaytarılmasında hamı iştirak edir: parlament üzvlərindən tutmuş, baş prokurorluğa qədər".

Pulların qayıdışı üsulları haqqında danışan Ə.Həsənov deyir: "Nəzərə almaq lazımdır ki, oliqarxlar öz adına rəsmiləşdirilməmiş pulları hesablarda saxlayırlar və ya ofşor şirkətlərinə qoyurlar. Və bu pulları hesablamaq çox çətindir. Buna görə bütün məbləği geri qaytarmaq mümkün deyil".

"Bu səbəbdən, nə qədər çətin olsa da, necə olursa olsun, ədalət naminə bu oliqarxlarla sazişə getmək lazımdır. Başqa bir yol daha var, bu isə hüquqi yol deyil - onları sıxmaq da olar.

Mən elə bir insanam ki, məndən ötrü qanun və insan haqlarından yüksək heç nə yoxdur. Amma görəndə ki, bu cür oliqarxlara görə iqtisadiyyatımız belə vəziyyətə düşür, onlara edilən təzyiqləri görməmək üçün gözlərimi bağlamaq istərdim. Təki oğurlanan pullar geri qaytarılsın və bu başqaları üçün bir görk olsun", - Ə.Həsənov əlavə edib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İran yeni ballistik raketi sınaqdan keçirdi

23 Sentyabr 2017 04:14

18 yaşlı qızı ilan sancdı

23 Sentyabr 2017 04:09

Ağcabədidə qəza: 1 ölü, 1 yaralı

23 Sentyabr 2017 04:04

Selfi ilə özünü biabır edənlər - FOTOLAR

23 Sentyabr 2017 04:03

Səudiyyə Ərəbistanında din xadimi qadınlar haqqında dediklərinə görə işdən kənarlaşdırılıb

23 Sentyabr 2017 04:02

"Yuventus" ötən maliyyə ilində 563 milyon avro məbləğində rekord gəlir əldə edib

23 Sentyabr 2017 04:02

Azərbaycan ağır atletlərinin Avropa birinciliyindəki çıxış cədvəli açıqlanıb

23 Sentyabr 2017 03:02

Qurban Qurbanov: "Roma" rəqiblərinə 3-4 qol vura-vura gedir"

23 Sentyabr 2017 02:58

Krasnodarda küçənin ortasında azərbaycanlı ölüb

23 Sentyabr 2017 02:52

Türkiyədə kənd muxtarı silahlı hücum nəticəsində öldürüldü

23 Sentyabr 2017 02:49

Ağdaşda canavarlar mal-qaranı parçaladı

23 Sentyabr 2017 02:38

Samir Abasov: "Bəxtimiz gətirsəydi xal ala bilərdik”

23 Sentyabr 2017 02:17

Hafiz Hacıyevin qızının maşını cərimə meydançasına aparıldı - AVTOXULİQANLIĞA GÖRƏ

23 Sentyabr 2017 02:04

Çəkiliş zamanı jurnalist 3-cü mərtəbədən aşağı... - VİDEO

23 Sentyabr 2017 01:58

Azərbaycana payız gəlib

23 Sentyabr 2017 01:50

OPEK nazirləri yenə yığışır

23 Sentyabr 2017 01:35

Azərbaycanlı müğənni oğluna məclis qurdu - FOTOLAR

23 Sentyabr 2017 01:29

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 293 nəfərə çatıb

23 Sentyabr 2017 01:17

Neymar oynamayacaq

23 Sentyabr 2017 01:15

AÇ-2017: İlk gündə 7 oyun - NƏTİCƏLƏR

23 Sentyabr 2017 01:13

Məmmədyarov: "Bakı Bəyannaməsi multikulturalizmin ekstremizm və ksenofobiyaya qarşı mübarizə vasitəsi kimi təşviqində rəhbər prinsipə çevrilməlidir"

23 Sentyabr 2017 01:07

Qətər Suriya hakimiyyətinə çağırış etdi

23 Sentyabr 2017 01:00

Türkiyədə Nazirlər Kabinetinin toplantısı başa çatdı

23 Sentyabr 2017 00:55

ABŞ-da ardıcıl iki zəlzələ

23 Sentyabr 2017 00:54

Canlı yayıma sərxoş çıxan deputat aparıcının üstünə... - VİDEO

23 Sentyabr 2017 00:53

Qurban Qurbanov: "Roma" rəqiblərinə 3-4 qol vura-vura gedir"

23 Sentyabr 2017 00:52

Rusiya ordusu Suriyada terrorçu təşkilatlara məxsus 96 min obyekti məhv edib

23 Sentyabr 2017 00:35

Gəlin namizəd erməni ilə... - FOTO/VİDEO

23 Sentyabr 2017 00:28

Ağdaşda canavarlar örüşdə otlayan mal-qaranı parçlayıb

23 Sentyabr 2017 00:27

Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb -

23 Sentyabr 2017 00:27

Bakıda "Mercedes" yandı

23 Sentyabr 2017 00:23

Almaniyada siyasətçilərə müəmmalı məktublar göndərilib

23 Sentyabr 2017 00:16

Astroloji proqnoz - 23 sentyabr

23 Sentyabr 2017 00:13

Azərbaycan neftinin SON QİYMƏTİ -

23 Sentyabr 2017 00:10

Azərbaycana payız gəldi

23 Sentyabr 2017 00:09

Azərbaycana payız fəsli daxil olub

23 Sentyabr 2017 00:02

Məhkəmə Saakaşvilini 130 dollar cərimə etdi

22 Sentyabr 2017 23:59

Vyanada bomba həyəcanı -

22 Sentyabr 2017 23:58

Tovuzda yeni doğulan körpə öldü

22 Sentyabr 2017 23:54

Sprislər, təzyiq aparatları Azərbaycana hansı ölkələrdən idxal edilir?

22 Sentyabr 2017 23:53

XİN rəhbəri: "Azərbaycan Fələstinə münasibətdə artan beynəlxalq dəstəkdən məmnundur"

22 Sentyabr 2017 23:47

Ukrayna istəyinə çatır -

22 Sentyabr 2017 23:39

Şəkidə 40 yaşlı qadını ilan sancdı

22 Sentyabr 2017 23:28

Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı artır

22 Sentyabr 2017 23:21

Avropanın iki ölkəsi arasında sərhəd mübahisəsi yenidən gərginləşdi

22 Sentyabr 2017 23:13

Tovuzda doğuş zamanı körpə ölüb

22 Sentyabr 2017 23:12

Bir-birinin ətini yeyən məhbuslar, qan dolu otaqda dəhşətli 15 gün - FOTOLAR

22 Sentyabr 2017 23:03

Bu ölkənin prezidenti oğlunun öldürülməsi barədə polisə əmr verdi

22 Sentyabr 2017 23:00

Türkiyə İraq Kürdüstanındakı referendumu qeyri-qanuni adlandırdı

22 Sentyabr 2017 22:54

"Qarabağ" "Sumqayıt"a futbol dərsi keçdi

22 Sentyabr 2017 22:53