Rəşad Sadıqov bir aydan çox oynamayacaq

Rəşad Sadıqov bir aydan çox oynamayacaq
23:57 10 Noyabr 2016
70 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan millisi və "Qarabağ" klubunun müdafiəçisi Rəşad Sadıqovun Londonda müayinəsinin nəticələri məlum olub.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki məlumat verib.
Kapitanın zədəsindən danışan xorvatiyalı mütəxəssis bunun köhnə olduğunu bildirib:
"Bu, təzə zədə deyil. Rəşad Norveçlə oyundan sonra meydana çıxa bilmədi. Bu gün Londona gedərək, həkimlə görüşdü. Müayinədən sonra məlum oldu ki, müalicə görməyəcək. Gələn həftədən müalicəyə başlayacaq. Amma 6 həftəyədək yaşıl meydanlardan kənarda qalacaq. Bir tərəfdən yaxşıdır ki, müalicə görməyəcək, amma digər tərəfdən uzun müddət oynamayacaq".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR