Göygöldə bıçaqlandı, "yıxılmışam" dedi

Göygöldə bıçaqlandı, "yıxılmışam" dedi
23:57 10 Noyabr 2016
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöl rayon sakini bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Göygöl rayon Xəqani kənd sakini 1984-cü il təvəllüdlü Vüsal Eldar oğlu Məmmədov qarının kəsilmiş-deşilmiş yarası xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. O dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
 
Xəstə yıxılıb xəsarət aldığını desə də, onun bıçaqlandığı ehtimal olunur.
 
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/488302.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR