Rəşad neçə oyuna çıxmayacaq? - "Qarabağ" üçün şok

Rəşad neçə oyuna çıxmayacaq? -   "Qarabağ" üçün şok
00:27 11 Noyabr 2016
108 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisi və "Qarabağ"ın müdafiəçisi Rəşad Sadıqovun Londonda müayinəsinin nəticələri məlum olub. Bu barədə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki məlumat verib.


Kapitanın zədəsindən danışan xorvatiyalı mütəxəssis bunun köhnə olduğunu bildirib: "Bu, təzə zədə deyil. Rəşad Norveçlə oyundan sonra meydana çıxa bilmədi. Bu gün Londona gedərək, həkimlə görüşdü. Müayinədən sonra məlum oldu ki, müalicə görməyəcək. Gələn həftədən məşqlərə başlayacaq. Amma 6 həftəyədək yaşıl meydanlardan kənarda qalacaq. Bir tərəfdən yaxşıdır ki, müalicə görməyəcək, amma digər tərəfdən uzun müddət oynamayacaq". ("Report")


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-rad-nec-oyuna-cxmayacaq-t54056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR