ABŞ Qarabağ münaqişəsinin tərəfləri ilə işləməyi davam edəcək

ABŞ Qarabağ münaqişəsinin tərəfləri ilə işləməyi davam edəcək
01:19 11 Noyabr 2016
62 Digər
Ölkə mətbuatı
A- A+

 ABŞ ATƏT Minsk Qrupunun həmsədrlərini tam dəstəklədiyini bir daha bəyan edir və onların Qarabağ münaqişəsinin dinc yolla nizamlanması istiqamətində tərəflərlə birgə işi davam etdirməsini yüksək qiymətləndirir. APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baer deyib.

 

“ABŞ təmas xəttində gərginliyin və zorakılıq hallarının artmasından narahat olmuşdur. ABŞ, ATƏT Minsk Qrupunun həmsədri kimi, gərginliyin azaldılması üçün  təcili tədbirlər görmüşdür. ABŞ dövlət katibi Con Kerri Vyanada mayın 16-da “3+2” formatında görüşün təşkil olunması təşəbbüsü ilə çıxış edib  və, bununla onu təsdiqləyib ki, ABŞ, Rusiya və Fransanın yüksək səviyyədə birgə səyləri zorakılığın qarşısının alınmasında və sülh prosesinin irəliləməsində dəstək ola bilər. Yüksək səviyyədə görüş əhəmiyyətli nəticələr verdi. Tərəflər atəşkəsin bərpa olunmasına hörmətlə yanaşmağa razılaşıblar və vəziyyət təmas xətti boyunca xeyli sabitləşib”, - deyə o əlavə edib.         


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259132

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR