Donald Tramp ilk növbədə vergiləri aşağı salmaq niyyətindədir

Donald Tramp ilk növbədə vergiləri aşağı salmaq niyyətindədir
02:57 11 Noyabr 2016
94 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilk növbədə vergiqoyma, səhiyyə və mühacirət məsələləri ilə məşğul olmaq niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Konqresinin Nümayəndələr Palatasının respublikaçı spikeri Pol Rayan ilə görüşdən sonra o özü məlumat verib.
"Bildiyiniz kimi, biz vergiləri aşağı salmağa hazırlaşırıq. Düşünürəm ki, biz Amerika xalqı üçün bir çox yaxşı işlər görəcəyik", - deyə milyarder əlavə edib.
Onun Rayan ilə söhbətinin tərkibi barədə məlumat yoxdur. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/donald-tramp-ilk-novbede-vergileri-asagi-salmaq-niyyetindedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR