Hələbdə aclıq təhlükəsi

Hələbdə aclıq təhlükəsi
04:13 11 Noyabr 2016
51 Dünya
Ölkə mətbuatı
A- A+

Bu qış Suriyanın mühasirədə olan Hələb şəhərində ciddi aclıq yaşanacaq. Publika.az xəbər verir ki, bu barədə BMT xəbərdarlıq yayıb.

Təşkilat bildirib ki, yardım agentliklərinə mane olunması 250 min insanı acınacaqlı vəziyyətə salacaq. BMT qış mövsümünün Suriyanın bəzi bölgələrində qatil rolunu oynayacağını deyib.

Təşkilat döyüşlər və administrativ maneələrin insanları ərzaq və digər ləvazımatla təmin edilməsinə imkan vermədiyini bildirib.

BMT müşaviri Jan Eqelandin dediyinə görə, bu qədər insanın soyuq qış aylarında nə edəcəyi ən böyük narahatlıqdır.

“Son dəfə Hələbə yardım iyul ayında çatdırılıb" -deyə o bildirib.

Eqeland deyib ki, BMT qış aylarında humanitar fəlakətin qarşısını almaq üçün təkliflər irəli sürüb. Təklifdə Rusiya, Suriya və müxalifət qrupları Hələbə yardım çatdırılmasına imkan yaradılmasına çağırılır.

Bundan əlavə şəhər əhalisinin 300 yaralı və xəstəsinin evakusiyasına çağırılıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR