Almaniyanın Əfqanıstandakı konsulluğuna hücumun qarşısı alınıb, 4 nəfər ölüb, 119-u yaralanıb

Almaniyanın Əfqanıstandakı konsulluğuna hücumun qarşısı alınıb, 4 nəfər ölüb, 119-u yaralanıb
05:12 11 Noyabr 2016
71 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Almaniyanın Əfqanıstanın Məzari-Şərif şəhərində yerləşən konsulluğunun ərazisində və ondan kənarda "Taliban" terrorçuları ilə döyüş baş verib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, silahlı hücumun qarşısı artıq alınıb, konsulluq əməkdaşları arasında zərər çəkən yoxdur.
"Almaniyanın Məzari-Şərifdəki konsulluğuna silahlı hücum başa çatıb", - deyə Almaniya XİN-in "Twitter" səhifəsində qeyd olunub.
Terrorçularla toqquşmaya diplomatik nümayəndəliyin təhlükəsizlik xidmətinin əməkdaşları, əfqan təhlükəsizlik qüvvələri və "Həlledici dəstək" missiyasının döyüşçüləri girib. Hücum zamanı konsulluğun binasına ciddi ziyan dəyib.
XİN hazırda hadisə nəticəsində əfqan dinc sakinlər və təhlükəsizlik qüvvələri əməkdaşları arasında ölən və yaralananların sayını dəqiq açıqlaya bilmir.
Almaniya mətbuatının DPA-ya istinadən verdikləri məlumata görə, insident nəticəsində ən azı 4 nəfər ölüb, 119 nəfər yaralanıb.
Bundan əvvəl "Taliban" terror təşkilatının üzvləri minalanmış avtomobili konsulluq binasının yanına sürərək partladıblar. Nəticədə 2 nəfər həyatını itirib, onlarla insan yaralanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/almaniyanin-efqanistandaki-konsulluguna-hucumun-qarsisi-alinib-4-nefer-olub-119-u-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR