"Azərbaycanla oyun bizim üçün çox önəmlidir"

"Azərbaycanla oyun bizim üçün çox önəmlidir"
05:33 11 Noyabr 2016
92 İdman
Ölkə mətbuatı
A- A+

"Əlbəttə, Azərbaycanla oyun bizim üçün çox önəmlidir. Çünki bu görüşün nəticəsi qrupdakı taleyimizi müəyyənləşdirəcək".

"Report"un məlumatına görə, bunu Şimali İrlandiya yığmasının kapitanı Stiven Devis Azərbaycan millisi ilə 2018-ci il Dünya çempionatının seçmə qrup matçından öncə mətbuat konfransında deyib.

31 yaşlı yarımmüdafiəçi millimizi yaxşı təhlil etdiklərini bildirib:

"Onlar müdafiədə dərinliklərdən oynayırlar. Heyətlərində çox güclü oyunçular var".

Evansın fikrincə, bu görüş komandasının qrupdakı mövqeyinin müəyyənləşdirilməsində vacib rol oynaya bilər:

"Ev oyunumuzda maksimum xal toplamağa çalışmalıyıq".

Noyabrın 11-də Belfastdakı "Windsor Park"da keçiriləcək Şimali İrlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR