Obama jurnalistlərə prezidentlikdən sonra taksi sürücüsü işləyəcəyini deyib

Obama jurnalistlərə prezidentlikdən sonra taksi sürücüsü işləyəcəyini deyib
05:37 11 Noyabr 2016
193 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama zarafat edərək bildirib ki, səlahiyyət müddəti bitdikdən sonra "Uber" taksi xidmətində sürücü işləyəcək.
"Report" xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Obama jurnalistin "siz öz bloqunuzu idarə etməyi planlaşdırmırsınız ki?" sualına cavab olaraq zarafatla "Uber"də işləməyə gedəcəyini bildirib.
Amerika prezidenti öz zarafatını daha ciddi cavabla davam etdirib:
"Bilirsiniz, mən bir neçə həftə yatmağı planlaşdırıram. Ciddi desəm, biz əlverişli şəraiti olmayan gənclər üçün imkanların yaradılması üzərində işləri davam etdirəcəyik".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR