Bakı. 11 noyabr. REPORT.AZ/ Futbol üzrə Braziliya yığması Dünya çempionatı -2018-in Cənubi Amerika üzrə seçmə qrup mərhələsinin ev oyununda Argentinanı darmadağın edib.
"Report" xəbər verir ki, Belu-Orizonte şəhərində keçən görüş 3:0 hesabı ilə başa çatıb.
Oyunda qolları Koutinyo (24-cü dəqiqə), Neymar (45) və Paulinyo (59) vurub. Komandaların İspaniyanın "Barselona" klubunda çıxış edən kapitanları Neymar və Lionel Messi ilk dəfə olaraq rəsmi matçda üz-üzə gəliblər.