Poroşenko təyyarə ilə bağlı insidentə görə Lukaşenkodan üzr istəyib

Poroşenko təyyarə ilə bağlı insidentə görə Lukaşenkodan üzr istəyib
08:32 11 Noyabr 2016
51 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna prezidenti Pyotr Poroşenko Kiyevə qaytarılmış "Belavia" təyyarəsi ilə bağlı insidentə görə belaruslu həmkarı Aleksandr Lukaşenkodan üzr istəyib.   

Milli.Az APA-ya istinadən xəbər verir ki, telefon danışığı zamanı  Poroşenko belaruslu həmkarına baş verənlərə görə günahı olan şəxslərin cəzalandırıldığını bildirib.

Qeyd edək ki, oktyabrın 21-də Ukrayna tərəfi "Belavia" aviaşirkətinə məxsus təyyarəni "Jülyanı" aeroportuna qaytarıb. Məlumata görə, aeroporta qayıtmaq əmri verilərkən ekipaja hədə-qorxu gəlinib. Ekipajın əmrə tabe olmayacağı təqdirdə qırıcı təyyarələrin havaya qaldırılacağı bildirilib. Təyyarə aeroporta döndükdən sonra  ukraynalı polislər onun göyərtəsində olan "Vətəndaş birliyi" ictimai təşkilatın idarə heyətinin sədri Armen Martirosyanı saxlayıblar. O, bir müddət sonra  sərbəst buraxılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488315.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR