Uruqvay millisinin eks hücumçusu Diyeqo Forlan "Qızıl top" mükafatının qalibi ilə bağlı polemikaya münasibət bildirib. Bəzi mütəxəsislər ötən mövsüm qazanılan titullara görə Ronaldunu daha şanslı hesab edirlər. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Forlan mükafatın qalibini başqa kriteriyaya görə təyin etməyə çalışıb.
"Ronaldu 2016-cı ildə Avropa çempionu və ÇL-nın qalibi oldu. Messi və onun vurduğu qolların sayı diqqətəlayiqdir. Ronaldunun hazırda Messi kimi keyfiyyətləri yoxdur. Futbola xidmətləri nəzərə alsaq, portuqaliyalı "Qızıl top"u qazanmalı deyil".
Milli.Az