"Az qalırdı ki, ürəyim partlasın"

"Az qalırdı ki, ürəyim partlasın"
09:22 11 Noyabr 2016
64 İdman
Ölkə mətbuatı
A- A+

"Fiorentina" ilə oyundan öncə zədələnmişdim. Sadəcə, elə görüşlər idi ki, mütləq iştirak etməli idim".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Rəşad Sadıqov deyib.

DÇ-2018-in seçmə mərəhələsində səfərdə Şimali İrlandiya ilə qarşılaşacaq millimizin heyətində zədə səbəbindən yer ala bilməyəcək kapitan jurnalistlərə açıqlama verib: "Həkimlərlə oynayıb-oynamamağımı məsləhətləşəndə risk olduğunu bildirirdilər. Amma həmin oyunları kənardan izləyə bilmirdim. Həm Norveç, həm də PAOK-la matçlara zədəli çıxdım. Təhlükə gözlənilən idi. Bakıdakı son məşqdə zədəmi təzələdim. Bacarıqlı bir alman həkim var. Qismətdən o da Londonda idi. Əlaqə saxladıq və müayinədən keçdim. Bazar ertəsindən müalicəyə başlayacağıq. Proqnozlara əsasən, ən azı 6-7 həftəyədək yaşıl meydanlardan kənarda qalacam".
 
Rəşad bugünkü oyunla bağlı da fikir bildirib: "Matça çıxmamağım mənə çox çətin olacaq. Məşqi kənardan izlədim. Az qalırdı ki, ürəyim partlasın. Amma futbol həyatında belə hallar olur. Başıma belə iş gəldiyi üçün peşman deyiləm. Müalicəmlə məşğul olub tam sağaldıqdan sonra digər qarşılaşmalarda komandama kömək etməyə çalışacam". 
 
Kapitanın sözlərinə görə, Robert Prosineçki həmişə ədalətli heyət qurub: "O, həmişə formada olanlara şans verib. Məşq proseslərini də, futbolçuların klublarındakı oyunlarını da izləyib. Fikrimcə, Şimali İrlandiya üçün açıqlanan heyət ən ideal "11-lik"dir. Millidə elə futbolçular var ki, hamısı oynamağa layiqdir. Sadəcə, baş məşqçimizin öz taktiki gedişləri var. Mənə elə gəlir ki, bu komanda ilə bugünkü oyunda uğur qazanacağıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/488321.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR