Leyla və Arzu Əliyevalar sərgidə - fotolar

Leyla və Arzu Əliyevalar sərgidə - fotolar
09:26 11 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

“YARAT” Müasir İncəsənət Mərkəzində tanınmış azərbaycanlı rəssam Faiq Əhmədin “Nə var, odur” və məşhur kolumbiyalı rəssam Oskar Murillonun “DIS PLACE” adlı fərdi sərgilərinin açılışı olub.

Axşam.az-ın məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva sərgilərin açılışında iştirak ediblər.

“YARAT” Müasir İncəsənət Mərkəzinin rəhbəri Aida Mahmudova hər iki sərginin əhəmiyyətindən danışıb və rəssamları təbrik edib.

Qonaqlar Faiq Əhmədin sərgisi ilə tanış olublar. Hər iki sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Sərgilər 2017-ci il yanvarın 29-dək davam edəcək.









RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR