"Aqrarkredit" ABB-nin problemli aktivlərini satmağa hazırlaşır

"Aqrarkredit" ABB-nin problemli aktivlərini satmağa hazırlaşır
10:02 11 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı (BOKT) "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) problemli aktivlərini satmağa və kənar idarəçilərə verməyə hazırlaşır. Bu barədə "Report" BOKT-a istinadən xəbər verir.
Məlumata görə, bu məqsədlə Nazirlər Kabinetinin 22 iyul 2016-cı il tarixli qərarı ilə yaradılmış Müsabiqə Komissiyasının qərarı ilə aktivlərin qiymətləndirilməsi üçün aşağıdakı şirkətlər seçilib:
- "PricewaterhouseCoopers Azerbaijan";
- "Deloitte Azerbaijan";
- "Ernst & Young Azerbaijan";
- "Nexia EA" MMC;
- "RSM Azerbaijan";
- "BDO Azerbaijan";
- "Koneko Group" MMC;
- "Real Prays" MMC;
- "VETO Consulting" MMC.
Müsabiqə Komissiyası, həmçinin satış üçün hərrac təşkilatlarının seçimini başa çatdırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/aqrarkredit-abb-nin-problemli-aktivlerini-satmaga-hazirlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR