Atəşkəs pozuldu

Atəşkəs pozuldu
10:03 11 Noyabr 2016
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 27 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Berkaber kəndində, Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Qaraqaşlı, Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR