Türkiyədə terrorçu PKK və marksçı-leninçi qruplaşmaların 16 üzvü tutulub

Türkiyədə terrorçu PKK və marksçı-leninçi qruplaşmaların 16 üzvü tutulub
10:07 11 Noyabr 2016
69 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Türkiyənin Bursa əyalətində keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu PKK və MLKP (Marksçı-Leninçi Kommunist Partiyas) qruplaşmalarına üzv olmaqda şübhəli bilinən 16 nəfər tutulub.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, əməliyyat nəticəsində terrorçu PKK qruplaşmasının siyasi qolu sayılan Xalqların Demokratik Partiyasının (HDP) və ona yaxın təşkilatların 31 üzvü də saxlanılıb.
İnformasiyada bildirilib ki, Bursa prokurorluğunun əməkdaşları əyalətin Osmanqazi, Nilufer, Yıldırım və Gəmilik rayonlarında eyni zamanda müxtəlif ünvanlarda axtarış keçiriblər.
Məlumata görə, şübhəlilər Bursa əyalət Məhkəməsinə təhvil verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR