BFB-nin dövriyyəsi 45% azalıb

BFB-nin dövriyyəsi 45% azalıb
10:17 11 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə 4,403 mlrd. manatlıq əqd bağlanılıb. BFB-dən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,7% azdır.
Son bir ildə bağlanmış əqdlərin sayı isə 18% azalaraq 36 385-ə düşüb.
Birjanın ümumi dövriyyəsinin 81,8%-i və yaxud 3,603 mlrd. manatı törəmə maliyyə alətlərinin (valyuta, əmtəə) payına düşüb. Bu, illik müqayisədə 38,9% azdır.
Cari ilin ilk 10 ayında Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazları isə fond bazarının 10,3%-ni və yaxud 455 mln. manatlıq hissəsini əhatə edib. Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə bu bazarda 2,37 dəfə artım olub.
Əvəzində səhm bazarının həcmi 57,4% azalaraq 117 mln. manat, istiqraz bazarının həcmi isə 86,3% azalaraq 226 mln. manat təşkil edib.
Repo əməliyyatlarında azalma isə daha kəskin olub. Belə ki, hesabat dövründə BFB-də cəmi 2,1 mln. manatlıq repo əməliyyatı aparılıb ki, bu da son bir ildə təxminən 47 dəfə azalma deməkdir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bfb-nin-dovriyyesi-45-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR