Maştağada ər arvadını öldürməyə cəhd etdi

Maştağada ər arvadını öldürməyə cəhd etdi
10:22 11 Noyabr 2016
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabunçuda ər keçmiş həyat yoldaşını bıçaqlayıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Sabunçu Rayon Prokurorluğundan məlumat verilib.

Hadisə noyabrın 10-da axşam saatlarında rayonun Maştağa qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Əzizov Anar Məzahir oğlu Maştağa qəsəbəsində əvvəllər rəsmi nikahda olduğu Əzizova Gülnarə Əhmədağa qızının yaşadığı evə gəlib. Tərəflər arasında yaranmış mübahisə davaya çevrilib. Nəticədə A.Əzizov G.Əzizovanı bıçaqlayıb.

Yaralı təcili 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Əzizov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/488347.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR