Xəzərdə itkin düşən neftçinin kimliyi məlum oldu

Xəzərdə itkin düşən neftçinin kimliyi məlum oldu
10:27 11 Noyabr 2016
191 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 8-də Xəzər dənizində itkin düşən neftçinin kimliyi məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, itkin düşən şəxsin adı Qalib Hacıyevdir.

M. Qəhrəmanlının "Facebook" sosial şəbəkəsindəki paylaşımına cavab olaraq istifadəçilərdən biri qeyd edib ki, Q. Hacıyev "KCA-Deutag" şirkətinin əməkdaşıdır.

Qeyd edək ki, noyabrın 8-də Xəzər dənizində Dərinsulu Günəşli (DSG) platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb. Azəri-Çıraq-Günəşli yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan BP-dən APA-ya verilən məlumata görə, hadisənin təfərrüatları araşdırılır: "BP qəzalara qarşı cavab tədbirləri qrupunu səfərbər edib və itkin düşmüş şəxsin tapılması üçün zəruri tədbirlər görür. Xəzər dənizində axtarış və xilasetmə resursları səfərbər edilib. Həmin şəxsin ən yaxın ailə üzvləri və müvafiq hökumət orqanları bu barədə məlumatlandırılıblar. BP hadisə ilə bağlı cavab tədbirləri görmək üçün hökumət orqanları ilə sıx işləyir".
 
Maraqlıdır ki, BP-nin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı nə itkin düşən işçinin, nə də ki podratçının adını açıqlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/488370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR