Salyanda ölümlə nəticələnən yol qəzaları baş verib. Lent.az-ın məlumatına görə, Ələt-Astara magistralının 17-ci kilometrliyində naməlum avtomobil 35-40 yaşlı kişini vurub. Şəxsiyyəti hələlik müəyyənləşməmiş şəxs hadisə yerindəcə keçinib. Qəzanı törədən sürücü nəqliyyat vasitəsi ilə ərazidən uzaqlaşıb.
Oxşar hadisə Salyan rayonu ərazisində - Ələt-Astara magistralının 46-cı kilometrliyində də qeydə alınıb. Burada avtomobil yolu keçməyə çalışan iki qadını vurub. Nəticədə 1974-cü il təvəllüdlü Qədirova Səidə Arif qızı vəfat edib. Digər piyada Camalova Gülbəniz Nüsrət qızı isə ağır xəsarət alıb.
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.