Snayper narkotacirləri vurdu - FOTO

Snayper narkotacirləri vurdu - FOTO
10:32 11 Noyabr 2016
79 Dünya
Ölkə mətbuatı
A- A+

Britaniyanın Kral Hərbi-Dəniz Qüvvələrinin "Wave Knight" hərbi gəmisi Karib hövzəsində narkotrafikə qarşı mübarizə əməliyyatına qatılıb.

Milli.Az The Sun-a istinadən bildirir ki, dünən hərbi gəmidən səmaya qalxan "Lynx" helikopteri narkotacirlərin motorlu qayığını aşkarlayıb.

"Wave Knight" həmin qayığa yaxınlaşıb və britaniyalı snayper sərrast atəşlə narkotacirlərin qayığının mühərrikini sıradan çıxarıb.

Az sonra britaniyalı hərbi dənizçilər 700 kq kokain daşıyan qayıqdakı narkotacirləri ələ keçiriblər.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488333.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR