Bakıda minik avtomobili qatarla toqquşdu: Ölən və yaralılar var

Bakıda minik avtomobili qatarla toqquşdu: Ölən və yaralılar var
10:42 11 Noyabr 2016
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda minik avtomobili yük qatarı ilə toqquşub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Xəzər rayonunda, Qala yolunda qeydə alınıb. Bakı şəhər sakini, 27 yaşlı Vahid Ələkbərovun idarə etdiyi "VAZ-21074" markalı, 90 HH 778 dövlət nömrə nişanlı avtomobil yük qatarına çırpılıb. Nəticədə minik maşınının sərnişini, 49 yaşlı Akif Alıyev hadisə yerində ölüb.
 
Sürücü V. Ələkbərov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR