Qənirə Paşayeva Dənizli valisi və bələdiyyə sədri ilə görüşüb

Qənirə Paşayeva Dənizli valisi və bələdiyyə sədri ilə görüşüb
10:44 11 Noyabr 2016
72 Digər
Ölkə mətbuatı
A- A+

 

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Dənizli bölgəsində Qarabağ parkı və Xocalı soyqırımı abidəsinin açılışında iştirak edib.

 

Lent.az-ın məlumatına görə, Dənizli bələdiyyə başçısı Osman Zolan bildirib ki, Dənizli bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcək və həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacaq. O.Zolan deyib ki, Türkiyə hər zaman Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqlı davasında yanında olacaq.

 

Görüş zamanı Dənizlinin də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirən millət vəkili Dənizlidə tez-tez gənclərin iştirakı ilə Azərbaycan, Azərbaycan-Türkiyə münasibətləri, Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı ilə bağlı konfransların keçirilməsinin vacibliyinə də toxunub.

 

Q.Paşayeva daha sonra  Dənizli valisi Dr.Ahmet Altıparmak ilə görüşüb və Türkiyədə baş verən terror hadisələrinə toxunaraq  terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib.

 

Millət vəkili Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib.

 

Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın növbəti hissələrində qədim də yer alacağını bildirib.

 

Q. Paşayeva görüşdə Dənizlidə təhsil alan azərbaycanlı tələbələr barədə də vali və bələdiyyə başqanına məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib.

 




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259160

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR