Sizcə bu şəkillərdə snayperlərin harada gizlənib? - FOTOLAR

Sizcə bu şəkillərdə snayperlərin harada gizlənib?  - FOTOLAR
10:48 11 Noyabr 2016
3707 Maraqlı
Ölkə mətbuatı
A- A+

Snayperlər ağla gəlməyən yerlərdə gizlənə və saatlarla tərpənmədən qala bilirlər. Saymon Menner adlı fotoqraf onların hansı üsulla gizlənməsini, planlarını necə həyata keçirməsini gün işığına çıxarmaq qərarına gəlir.

Publika.az xəbər verir ki, o, bunun üçün Almaniya Ordusunun rəhbərliyi ilə razılığa gələrək snayperlərin öldürücü planlarını necə həyata keçirdiyini insanlara göstərmək üçün, onların gizləndiyi yerləri fotokamerasının yaddaşına köçürür.

Menner snayperlərin iki fərqli şəkillərini çəkib. Biri Almaniyanın şımalındakı darıxdırıcı meşələrdə cavan və təcrübəsiz əsgərlərlə, digəri isə Alp dağlarında təcrübəli əsgər qrupu ilə. Bütün şəkillər insanda təəccüb doğuraraq əsas suala gətirib çıxarır: Yaxşı, bəs snayperlər harada gizlənib?

Həmin fotoları təqdim edirik. Görək siz necə, onların harada gizləndiyini tapa biləcəksinizmi?

Snayper arxadakı ağac kötüyünün sağ küncündə, ikinci ağacın yanındadır

Burada snayper sol tərəfdə budaqların altında yer alıb

Snayper şəklin sol tərəfində lüləsi əyilmiş silah ilə kiçik ağacın arxasında mamırların altındadır

Aağacın sol tərəfindədir

Snayper balaca təpəcikdə, meşənin kənarında, şəklin sağ tərəfində mövqe tutub

Burada yolun sağ tərəfində, balaca otların arasında gizlənib

Snayper iki böyük qaya arasında aşağıda sağ tərəfdədir

Qayanın sol tərəfində aşağıda, daşların rəngləri dəyişən nöqtəsindədir

Mələk


Xəbərin orijinal ünvanı: http://publika.az/news/foto/175513.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR