Məktəblilərin payız tətili başlayır

Məktəblilərin payız tətili başlayır
10:53 11 Noyabr 2016
295 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın orta məktəblərində gələn həftədən tətil başlayır.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Publika.az-a bildirib ki, şagirdlər üçün payız tətili 5 gün - 16-20 noyabr tarixlərində olacaq.

Onun sözlərinə görə, tətil günlərindən ikisinin- 19 və 20 noyabrın həftənin şənbə və bazar günlərinə təsadüf etməsi tətil günlərinin sayının artmasına səbəb olmayacaq.

Noyabrın 21-dən dərslər başlayacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/175514.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR