Bakıda sərxoş ər 3 uşaq anası olan həyat yoldaşına 11 bıçaq zərbəsi vurub

Bakıda sərxoş ər 3 uşaq anası olan həyat yoldaşına 11 bıçaq zərbəsi vurub
10:57 11 Noyabr 2016
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Sabunçu rayonunda ər 3 uşaq anası olan həyat yoldaşını bıçaqlayıb.
"Report"un xəbərinə görə, Anar Əhmədov ondan küsüb ata evinə qayıdan həyat yoldaşı 28 yaşlı Gülnarə Əhmədovaya 11 bıçaq zərbəsi vurub.
Hadisə Gülnarənin ata evində, uşaqlarının gözü qarşısında baş verib. G.Əhmədova bel, qarın və boğaz nahiyələrindən bıçaq xəsarətləri alıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti orta-ağırdır.
Cinayət əməlini törədən A.Əhmədov Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsinə (PB) gedərək könüllü təslim olub. İlkin araşdırma zamanı A.Əhmədovun hadisəni sərxoş vəziyyətdə törətdiyi məlum olub. 
O, ilkin ifadəsində bildirib ki, arvadını başqasına sms yazdığı üçün bıçaqlayıb. 
Faktla bağlı cinayət işi başlanılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-serxos-er-heyat-yoldasina-11-bicaq-zerbesi-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR